Сообщения

Сообщения за сентябрь, 2019

Fəal(interaktiv) təlim

Изображение
 Fəal/interaktiv təlim üzrə keçirilən dərslərin mərhələləri və onlarda görülən işlər Fəal/interaktiv təlimlə bağlı aparılan  dərslərin məğzində də qrup işi aparıcı mövqeyə çıxır və onun mərhələləri, təxmini vaxt bölgüsü aşağıdakı şəkildə olur: 1.       Motivasiya ....................................................3 dəq. 2.       Tədqiqatın aparılması ...............................   9 dəq. 3.       Məlumat mübadiləsi ...................................10 dəq. 4.       Məlumatın müzakirəsi və təşkili ..................7 dəq. 5.       Nəticələrin çıxarılması ............................... 5  dəq. 6.       Yaradıcı tətbiqetmə .................................... 8 dəq. 7.       Refleksiya (və ya qiymətləndirmə, bütün mərhələlərdə aparıla bilər)..................... 3 dəq.                                                                   Cəmi: 45 dəq. Həmin mərhələlərdə nə kimi işlərin görülməsinə nəzər salaq.

Ədəbiyyat fənn kurikulumu

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni üzrə təhsil proqramı (kurikulumu) (V-IX siniflər) Sonuncu variant 1. Ədəbiyyat fənni üzrə ümumi təlim nəticələri Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird: •          bədii  nümunələri onların məzmunundan irəli gələn məna çalarlarına uyğun ifadəli oxuyur, mətni bədii-emosional cəhətdən qüvvətləndirən sözlərin mahiyyətini izah edir; •          yazılı nitqində məzmuna uyğun üslub müəyyənləşdirir, orfoqrafiya və orfoepiya qaydalarına əməl edir, söz ehtiyatından səmərəli istifadə edir, fikirlərini ardıcıl və məntiqi ifadə edir, ümumiləşdirmələr  aparır; •          bədii nümunələrlə bağlı fikirlərini aydın, ardıcıl, məqsədyönlü, yığcam, yeri gəldikcə bədii təsvir vasitələrindən istifadə etməklə şərh edir; •          müxtəlif janrlarda yazılmış mətnlər üzərində sərbəst işləyir, onlarda ifadə olunmuş əsas ideyanı şərh edir, mətni məzmununa uyğun hissələrə ayırır və müvafiq plan tərtib edi