Ədəbiyyat fənn kurikulumu

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni üzrə təhsil proqramı (kurikulumu) (V-IX siniflər)

Sonuncu variant
1. Ədəbiyyat fənni üzrə ümumi təlim nəticələri

Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird:

•          bədii  nümunələri onların məzmunundan irəli gələn məna çalarlarına uyğun ifadəli oxuyur, mətni bədii-emosional cəhətdən qüvvətləndirən sözlərin mahiyyətini izah edir;
•          yazılı nitqində məzmuna uyğun üslub müəyyənləşdirir, orfoqrafiya və orfoepiya qaydalarına əməl edir, söz ehtiyatından səmərəli istifadə edir, fikirlərini ardıcıl və məntiqi ifadə edir, ümumiləşdirmələr  aparır;
•          bədii nümunələrlə bağlı fikirlərini aydın, ardıcıl, məqsədyönlü, yığcam, yeri gəldikcə bədii təsvir vasitələrindən istifadə etməklə şərh edir;
•          müxtəlif janrlarda yazılmış mətnlər üzərində sərbəst işləyir, onlarda ifadə olunmuş əsas ideyanı şərh edir, mətni məzmununa uyğun hissələrə ayırır və müvafiq plan tərtib edir;
•          şifahi və yazılı ədəbiyyatın oxşar və fərqli cəhətlərini, xarakterik xüsusiyyətlərini konkret nümunələrlə izah edir, öz fikirlərini müqayisələr aparmaqla əsaslandırır;
•          bədii nümunələri məzmun və ideya istiqamətinə, sənətkarlıq cəhətlərinə, obrazların səciyyəsinə görə təhlil edir, öz şəxsi münasibətini, mülahizələrini bildirir;
•          bədii nümunələrin müzakirəsi zamanı tolerantlıq, obyektivlik, ədalətlilik, əsaslandırma və ümumi rəyə gələ bilmək bacarıqları nümayiş etdirir.               



2. Məzmun xətləri üzrə təlim nəticələri

Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri

Ədəbiyyat və həyat həqiqətləri
Şagird:
•          bədii nümunələri ideya-məzmununa uyğun ifadəli oxuyur;
•          müxtəlif janrlarda yazılmış mətnləri uyğun hissələrə ayırır, müvafiq plan tərtib edir;
•          şifahi və yazılı ədəbiyyatın oxşar və fərqli cəhətlərini, xarakterik xüsusiyyətlərini konkret nümunələr əsasında izah edir;
•          bədii nümunələri məzmun və ideya istiqamətinə, obrazların səciyyəsinə, sənətkarlıq xüsusiyyətlərinə görə təhlil edir.

Şifahi nitq
 Şagird:
•          nitqində düzgün tələffüz qaydalarına əməl edir, söz ehtiyatından səmərəli istifadə edir;
•          bədii nümunələrlə bağlı fikirlərini aydın, ardıcıl, məqsədyönlü, yığcam, bədii təsvir və ifadə  vasitələrindən istifadə etməklə şərh edir;
•          bədii nümunələrin kollektiv müzakirəsi zamanı fikirlərə tolerant, obyektiv və ədalətli münasibət bildirir, ümumi rəyə gəlməyi bacarır.

 Yazılı nitq
Şagird:
•          yazılı nitqində məzmuna uyğun üslub müəyyənləşdirir, orfoqrafiya qaydalarına əməl edir;
•          topladığı materialları ümumiləşdirir, fikirlərini ardıcıl və məntiqi ifadə etməklə müxtəlif formalı (inşa, esse, hekayə) yazılar yazır.                

3. Siniflər üzrə təlim nəticələri və məzmun standartları

V sinif
V sinfin sonunda şagird:
•          bədii nümunələri məzmununa uyğun ifadəli oxuyur, hissələrə ayırır, plan tərtib edir;
•          bədii nümunələrin məzmununu müxtəlif formalarda (yığcam və geniş) nağıl edir;
•          şifahi və yazılı ədəbiyyat nümunələrini janrlarına görə fərqləndirir,  bədii təsvir vasitələrini müəyyənləşdirir;
•          bədii nümunələrin mövzusunu, ideyasını aydınlaşdırır, baş qəhrəmanları səciyyələndirir;
•          öyrəndiyi yeni sözlərdən, obrazlı ifadələrdən istifadə etməklə bədii əsərlərlə bağlı fikirlərini şərh edir, müzakirələrdə dinlədiklərinə münasibətini bildirir;
•          müxtəlif səciyyəli yazılarda mövzuya münasibətini ardıcıl şərh edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Ədəbiyyat və həyat həqiqətləri
Şagird:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Heca vəznli şeirlərdə və sadə süjetli bədii nümunələrdə (əfsanə, nağıl, təmsil, hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən istifadə etməklə aydınlaşdırır.
1.1.2. Heca vəznli şeirləri, sadə süjetli bədii nümunələri (əfsanə, nağıl, təmsil, hekayə) hadisələrin məzmununa uyğun ifadəli oxuyur.
1.1.3. Sadə süjetli bədii nümunələri (əfsanə, nağıl, təmsil, hekayə) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda (yığcam və  geniş)  nağıl edir.
1.1.4. Şifahi və yazılı ədəbiyyat nümunələrini (əfsanə, nağıl, təmsil, hekayə) janrlarına görə fərqləndirir.
1.1.5. Heca vəznli şeirlərdə, sadə süjetli bədii nümunələrdə bədii təsvir vasitələrini (epitet, təşbeh) müəyyənləşdirir.
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Şifahi və yazılı ədəbiyyat nümunələrini müqayisə edir.
1.2.2. Obrazların xarakterindəki başlıca xüsusiyyətləri aydınlaşdırır, əsaslandırılmış münasibət bildirir.
1.2.3. Şifahi və yazılı ədəbiyyat nümunələrində bədii təsvir vasitələrinin (epitet, təşbeh) rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin mövzu və ideyasını aydınlaşdırır, münasibət bildirir.

 2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq bacarıqları  nümayiş etdirir.
2.1.1. Bədii nümunələrlə bağlı şifahi təqdimatlar edir, öyrəndiyi yeni sözlərdən nitqində istifadə edir. 
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini aydın və ardıcıl şərh edir.
2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə söylənilən fikirlərə münasibətini bildirir.

 3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.
3.1.1. Bədii nümunələrin məzmununa (əhvalat və hadisələrə, sonluğa) fərqli münasibət  bildirir.
3.1.2. Mövzu ilə əlaqədar fikirlərini məntiqi ardıcıllıqla şərh edir.
3.1.3. 0,5-1 səhifə həcmində inşa, esse yazır.

VI sinif

VI sinfin sonunda şagird:   
•          bədii əsərləri obrazların xarakterinə, hadisələrin məzmununa uyğun ifadəli oxuyur, hissələrə ayırır, plan tərtib edir;
•          bədii əsərlərin məzmununu müxtəlif formalarda (yığcam, geniş, yaradıcı) nağıl edir;
•          bədii əsərlərə janr xüsusiyyətləri baxımından münasibət bildirir, təsvir və ifadə vasitələrini müəyyənləşdirir;
•          bədii əsərlərin mövzu və ideyasını aydınlaşdırır, obrazları davranış və əməllərinə görə səciyyələndirir;
•          öyrəndiyi yeni söz, bədii təsvir və ifadə vasitələrindən istifadə etməklə ədəbi nümunələrlə bağlı fikrini aydın ifadə edir,
•          müzakirələrdə ümumi rəyə gəlmək bacarığı nümayiş etdirir;
•          müxtəlif səciyyəli yazılarda  mövzuya münasibətini faktlarla əsaslandırır.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Ədəbiyyat və həyat həqiqətləri
Şagird:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Heca vəznli şeirlərdə və süjetli bədii nümunələrdə (əfsanə, nağıl, dastan, təmsil, hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə izah edir.
1.1.2. Heca vəznli şeirləri, süjetli bədii nümunələri (əfsanə, nağıl, dastan, təmsil, hekayə) ideya-məzmununa uyğun ifadəli oxuyur.
1.1.3. Süjetli bədii nümunələri (əfsanə, nağıl, dastan, təmsil, hekayə) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.
1.1.4. Bədii əsərlərin (əfsanə, nağıl, dastan, təmsil, hekayə) janr xüsusiyyətlərini müəyyənləşdirir.
1.1.5. Heca vəznli şeirlərdə, süjetli bədii nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, təşbeh, mübaliğə, bədii sual) müəyyənləşdirir.
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Bədii nümunələri  (əfsanə, nağıl, dastan, təmsil, hekayə) janr xüsusiyyətləri baxımından müqayisə edir.
1.2.2. Bədii nümunələrdəki qəhrəmanları davranış və əməllərinə görə səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (epitet, təşbeh, mübaliğə, bədii sual) rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin mövzusunu, ideyasını şərh edir, əsaslandırılmış münasibət bildirir.

 2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq bacarıqları  nümayiş etdirir.
2.1.1. Öyrəndiyi yeni sözlərdən bədii nümunələrlə bağlı diskussiya və təqdimatlarda istifadə edir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini obrazlı sözlərdən və ifadələrdən istifadə etməklə şərh edir.
2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə ümumi rəyə gəlmək bacarığını nümayiş etdirir.

 3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq bacarıqları  nümayiş etdirir.
3.1.1. Mətni faktlarla, sitatlarla zənginləşdirir.
3.1.2. Bədii nümunələrdəki başlıca fikri anladığını nümayiş etdirir.
3.1.3. 1-1,5 səhifə həcmində rəy və təsvir xarakterli mətnlər (inşa, esse) yazır.

VII sinif
 VII sinfin sonunda şagird:
•          bədii nümunələri ideya - məzmununa uyğun ifadəli oxuyur, hissələrə ayırır, plan tərtib edir;
•          bədii nümunələrin məzmununu müxtəlif formalarda - yığcam, geniş, yaradıcı nağıl edir, əsas hadisələrə ilkin münasibət bildirir;
•          bədii nümunələrə növ və janr xüsusiyyətləri baxımından münasibət bildirir, təsvir və ifadə vasitələrini müəyyənləşdirir, obrazlılığa təsirini aydınlaşdırır;
•          bədii nümunələrin mövzu və ideyasını aydınlaşdırır, digər obrazlarla qarşılıqlı münasibətlərinə, yazıçının mövqeyinə əsaslanmaqla surətləri səciyyələndirir;
•          şifahi təqdimatlarda, bədii nümunələrlə bağlı müzakirələrdə fikrini əhatəli, ardıcıl ifadə edir;
•          müxtəlif səciyyəli yazılarda mövzuya, əsərdəki mühüm problemə əsaslandırılmış münasibət bildirir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Ədəbiyyat və həyat həqiqətləri
Şagird:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Heca vəznli şeirlərdə və süjetli bədii nümunələrdə (dastan, hekayə, mənzum hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.2. Heca vəznli şeirləri, süjetli bədii nümunələri (dastan, hekayə, mənzum hekayə) ideya-məzmununa uyğun ifadəli oxuyur.
1.1.3. Süjetli bədii nümunələri (dastan, hekayə, mənzum hekayə) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.
1.1.4. Bədii nümunələrin (dastan, hekayə, mənzum hekayə) janr xüsusiyyətlərini müəyyənləşdirir.
1.1.5. Heca vəznli şeirlərdə, süjetli bədii nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, təşbeh, mübaliğə, bədii sual, təkrir, litota ) müəyyənləşdirir.
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Bədii nümunələri  (dastan, hekayə, mənzum hekayə) növ və janr baxımından müqayisə edir.
1.2.2. Digər obrazlarla müqayisə etməklə və yazıçının münasibətinə əsaslanmaqla ədəbi qəhrəmanları səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (epitet, təşbeh, mübaliğə, bədii sual, təkrir, litota) rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin mövzusunu, ideyasını və başlıca problemini şərh edir,  əsaslandırılmış münasibət bildirir.

 2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq bacarıqları  nümayiş etdirir.
2.1.1. Öyrəndiyi yeni sözlərdən bədii nümunələrlə bağlı müzakirələrdə və müxtəlif ünsiyyət məqamlarında istifadə edir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini mətndən nümunələr gətirməklə şərh edir.
2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə ədalətlilik və obyektivlik nümayiş etdirir.

3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq bacarıqları  nümayiş etdirir.
3.1.1. Mövzu ilə bağlı əlavə mənbələrdən topladığı materialları əlaqələndirir, yazısında istifadə edir.
3.1.2. Bədii nümunələrdəki başlıca problemi müəyyənləşdirir, əsaslandırılmış münasibət bildirir.
3.1.3. 1,5-2 səhifə həcmində mühakimə və təsvir xarakterli mətnlər (inşa, esse) yazır. 

VIII sinif

VIII sinfin sonunda şagird:
•          bədii nümunələri emosional-obrazlı ifadəliliyin tələblərinə uyğun oxuyur, hissələrə ayırır, plan tərtib edir;
•          bədii nümunələrin məzmununu müxtəlif formalarda (yığcam, geniş, yaradıcı) nağıl edir, baş qəhrəmanlara ilkin münasibət bildirir;
•          ədəbi növ və janr xüsusiyyətlərinə, təsvir və ifadə vasitələrinə əsaslanmaqla bədii nümunələrin ideya-məzmununa münasibət bildirir;
•          bədii nümunələrin mövzusunu və ideyasını aydınlaşdırır, məişət təsvirlərindən, nitqlərindən çıxış etməklə obrazlara münasibət bildirir;
•          şifahi təqdimatlarda, nümunələrlə bağlı müzakirələrdə  mövzuya, problemə əsaslandırılmış tənqidi münasibət bildirir;
•          müxtəlif səciyyəli yazılarda mövzuya, problemə şəxsi təcrübəsinə və təəssüratlarına əsaslanmaqla münasibət bildirir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Ədəbiyyat və həyat həqiqətləri
Şagird:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram poema) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.2. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) ideya-məzmununa uyğun ifadəli oxuyur.
1.1.3. Süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif  formalarda nağıl edir.
1.1.4. Bədii nümunələrin (dastan, hekayə, novella, dram poema) janr xüsusiyyətlərini müəyyənləşdirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafora, bədii təzad, kinayə) müəyyənləşdirir.
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) növ və janr baxımından müqayisə edir.
1.2.2. Obrazları nitqinə, bağlı olduqları məişət təsvirlərinə əsaslanmaqla səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafora, bədii təzad, kinayə)  rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.

 2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq bacarıqları  nümayiş etdirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.
2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq bacarıqları  nümayiş etdirir.
3.1.1. Ədəbi nümunələrlə bağlı fikirlərini müxtəlif üslublarda yazır.
3.1.2. Əlavə məlumatlara və təəssüratlarına əsaslanmaqla mövzuya və problemə münasibət bildirir.
3.1.3. 2-2,5 səhifə həcmində mühakimə, təsvir, informasiya xarakterli mətnlər (inşa, esse, məruzə) yazır.

IX sinif

IX sinfin sonunda şagird:   
•          müxtəlif ədəbi vəzndə olan bədii nümunələri ifadəli oxuyur, hissələrə ayırır, plan tərtib edir;
•          bədii nümunələrin məzmununu müxtəlif formalarda (yığcam, geniş, yaradıcı) nağıl edir, obrazlara ilkin münasibət bildirir;
•          növünə və janrına, təsvir və ifadə vasitələrinə əsaslanmaqla ədəbi əsərləri bədii xüsusiyyətlərinə görə təhlil edir;
•          bədii nümunələrin mövzusunu və ideyasını aydınlaşdırır, yazıçı mövqeyinə, digər surətlərin mühakimələrinə əsaslanmaqla obrazları səciyyələndirir;
•          şifahi təqdimatlarda, bədii nümunələrlə bağlı müzakirələrdə mövzuya, problemə müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirir;
•          müxtəlif səciyyəli yazılarda mövzuya, problemə, konfliktə fərqli mənbələrdən topladığı məlumatlara əsaslanmaqla münasibət bildirir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Ədəbiyyat və həyat həqiqətləri
Şagird:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Müxtəlif vəznli  (heca, əruz, sərbəst) şeirlərdə və süjetli əsərlərdə (poema, hekayə, povest, roman, dram) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.2. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirləri, süjetli bədii nümunələri (hekayə, povest, roman, dram, poema) ideya-məzmununa uyğun ifadəli oxuyur.      
1.1.3. Süjetli bədii nümunələri (hekayə, povest, roman, dram, poema) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.
1.1.4. Bədii nümunələrin (hekayə, povest, roman, dram, poema) janr xüsusiyyətlərini müəyyənləşdirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metonimiya, inversiya, simvol) müəyyənləşdirir.
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Bədii nümunələri (hekayə, povest, roman, dram, poema) növ və janr baxımından müqayisə edir.
1.2.2. Digər obrazların və müəllifin mühakimələrinə əsaslanmaqla ədəbi qəhrəmanları  səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metonimiya, inversiya, simvol) rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin mövzusunu, ideya-bədii xüsusiyyətlərini və konfliktini şərh edir, onlara əsaslandırılmış münasibət bildirir.

2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq bacarıqları  nümayiş etdirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərini şərh edir.
2.1.2. Mövzuya, problemə müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirir.
2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə mövzuya, problemə tənqidi münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir.

3. Yazılı nitq

Şagird:
3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.
3.1.1.Yazacağı mətnin məzmununa uyğun üslub müəyyənləşdirir.
3.1.2. Müşahidələrinə, əlavə məlumatlara əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərinə münasibət bildirir.
3.1.3. 2,5-3 səhifə həcmində mühakimə, təsvir, müqayisə xarakterli mətnlər (inşa, esse, məruzə) yazır.




Комментарии

Популярные сообщения из этого блога

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

Fəal(interaktiv) təlim

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)