Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)

Təsdiq edirəm:              metodist, dos. F. Yusifov
                    21 fevral 2020-ci il

ADPU-nun filologiya fakültəsi əyani şöbəsinin IV kurs 402-ci  qrup tələbəsi Əliyeva Günayın Xətayi rayonu 
A. Məhərrəmov adına  95 № li  tam orta məktəbin V a sinfində 21 fevral 2020- ci ildə ədəbiyyat fənnindən keçəcəyi sınaq dərsinin  
                          
İCMALI


növbəti səhifədən
Mövzu: A. Səhhətin "Vətən" şeirinin məzmunu
Standartlar: 1.1.1; 1.1.2; 1.1.3; 2.1.2; 3.1.2.
Inteqrasiya: Tarix, 0.0.0. 
Texnikalar: klaster, beyin həmləsi, müzakirə
İş forması: böyük və kiçik qrupda iş
Resurslar(təchizat): Yutubdan "Qarabağ bülbülləri" filmindən parça, musiqi...


Dərsin təlim nəticələri

1.Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən istifadə etməklə aydınlaşdırır(1.1.1.);
2.Şeiri məzmununa uyğun ifadəli oxuyur(1.1.2.);
3.Şeiri hissələrə ayırır, məzmununu müxtəlif formalarda (yığcam, geniş) nağıl edir(1.1.3.);
4.Şeirlə bağlı fikirlərini aydın və ardıcıl şərh edir(2.1.2);
5.Şeirlə bağlı fikirlərinin məntiqi ardıcıllıqla şərh edir (3.1.2.)
(Qeyd: Neçə alt-standart varsa, bir o qədər də təlim nəticəsi göstərilməlidir. Yuxarda 5 alt standart verildiyi üçün biz də o qədər təlim nəticəsi göstəririk).

növbəti səhifədən

Dərsin mərhələlərinə görə təxmini vaxt bölgüsü:

1. Sinfi təşkili və ev tapşırıqlarının yoxlanması.......... 5 dəq.
2. Motivasiya............................................................... 3 dəq.
3. Tədqiqatın aparılması............................................ 10 dəq.
4. Məlumat mübadiləsi.............................................. 10 dəq.
5. Məlumatın müzakirəsi və təşkili............................  5 dəq.
6. Nəticənin çıxarılması............................................   3 dəq.
7. Yaradıcı tətbiqetmə................................................  6 dəq.
8. Qiymətləndirmə və ev tapşırığının verilməsi.........  3 dəq.

                                                                     Cəmi: 45 dəq.
növbəti səhifədən

Dərsin gedişi:

1. Sinfin təşkili və ev tapşırıqlarının yoxlanması
Sinfə daxil oluram, şagirdlərlə salamlaşdıqdan sonra davamiyyəti soruşur, lövhənin təmizliyinə, silginin yerində olmasına diqqət yetirir və evə verilən tapşırığı soruşuram.

 Bir neçə tapşırığı yoxladıqdan sonra yeni dərsə başlayıram. 

2. Motivasiya
 M.Uşaqlar, indi Sizə bir klip təqdim edəcəyəm. Onun sözlərinə diqqət yetirməyinizi xahiş edirəm. (Hamını səssizcə həmin klipi dinləməyə dəvət edirəm...). Görüntü tamamlanan kimi soruşuram:
Ş. - ... (cavabı yazırsınız)
M. - Klip (video material) xoşunuza gəldimi?
Ş.- ... (cavabı yazırsınız) 
M. - Ən çox nəyi bəyəndiniz?
Ş. - ... (cavabı yazırsınız)
M.-- Klip nə barədə idi?
Ş. - ... (cavabı yazırsınız)
M. - Necə bilirsiniz, bu gün biz nə barədə dərs keçəcəyik? 
Ş. - ... (bir-iki şagirdin fikiri dinlənilir)
M. - Doğru buyurdunuz. Gəlin mövzumuzu qeyd edək: A. Səhhət "Vətən" şeiri (Məzmunu üzərində iş). 
Tədqiqat sualları: 
- Şeirdə vətənlə bağlı  nə kimi  fikirlər söylənilə bilər?  (Şagirdlərin ilkin fərziyyələrin alır və lövhəyə qeyd edirəm).
- Şeiri ifadəli oxumaq, məzmununu şərh etmək üçün hansı işləri görmək olar? (Bu sualın cavabını isə dərs prosesində tapa biləcəyik xəbərdarlığını verirəm).  

3.Tədqiqatın aparılması

M. - Söylədikləriniz fikirlərin təsdiqi üçün araşdırma aparmağa başlayaq. Gəlin əvvəlcə şeiri dinləyək (Müəllim şeiri ifadəli şəkildə oxuyaraq sinfə təqdim edir). Şeirdən alınan təəssüratı ortaya çıxaran və onun məzmunun açılmasına xidmət edən kiçik müsahibə təşkil olunur.

M. - İndi Sizə qrup tapşırıqları veriləcək. Tapşırığın icrası üçün sizə 10 dəqiqə vaxt ayrılır. Cavablarınızı komanda şəklində hazırlamağı unutmayın.
Tapşırıqlar:
1-ci qrup: Şeirdəki çətin söz və ifadələrin məzmununu lüğət vasitəsi ilə aydınlaşdırın. Şeiri ifadəli oxuya hazırlayın.
2-ci qrup: Şeiri ifadəli oxu üçün hazırlayın və oxuyun
3-cü qrup: Şeirdəki təsvir və ifadə vasitələrini müəyyən edin, nağıletməni hazırlayın və yerinə yetirin
4-cü qrup: Şeirdən aldığınız təəssüratı qeyd edin.
5-ci qrup: Şeirdə ifadə olunan fikri ardıcıllıqla qeyd  edin.


4. Məlumat mübadiləsi: 
M.- İndi isə  hər qrupdan bir nümayəndə növbə ilə verilən tapşırığın  cavabını, onu necə həll etdiklərini  sinfə təqdim etsinlər.
M.- Unutmayın, qrup təqdimatına 2 dəqiqə vaxt ayrılır. Əgər təqdimatçının izahatında Sizə aydın olmayan məsələlər olarsa, ona sual verə bilərsiniz.
M. - Buyurun. Birinci qrupun nümayəndəsi gəlsin. 

5. Məlumatın müzakirəsi və təşkili: 
Məlumat mübadiləsi tamamlandıqdan sonra sinfə müraciət edirəm.
M.- Uşaqlar, gəlin birlikdə təqdimatlarda əksini tapan məlumatlara nəzər salaraq onları ümumiləşdirməyə, sistemə salmağa çalışaq.  Bunun üçün Sizə bir neçə sual verəcəyəm.
Müzakirə üçün suallar:
M. - Şeir nə barədə idi?
Ş.- ...
M. - Şeirin ifadəli oxusu nə zaman uğurlu alındı?
Ş. - ... (şagirdlərin əsaslandırılmış fikri alınır)
M. - Hansı söz və ifadələri  məzmunu mənimsəməyə əngəllər yaradırdı?
Ş. - ... (şagirdlərin əsaslandırılmış fikri alınır)
M.- Yoldaşlarınızın ifadəli oxusu sizi qane etdimi?
Ş. - ... (şagirdlərin əsaslandırılmış fikri alınır)
M. - Biz şeirin məzmunu barədə  hansı bilikləri əldə etdik.

Ş. - ... (şagirdlərin əsaslandırılmış fikri alınır)
M. - Müzakirəni necə ümumiləşdirə bilərik?.. 
Ş. - ... (şagirdlərin əsaslandırılmış fikri alınır)

6. Nəticənin çıxarılması: 
M. - Uşaqlar, indi isə ümumiləşmiş bu fikirləriniz ilə tədqiqat sualı zamanı irəli sürdüyünüz  fərziyyələri tutuşdurmağa başlayaq.
M. - Hansı məlumatlar üst-üstə düşdü? 
Ş. - ... (şagirdlərin əsaslandırılmış fikri alınır)
M. - Bəs hansı məsələlər yeni oldu?
Ş. - ... (şagirdlərin əsaslandırılmış fikri alınır)
( Beləliklə, yeni bilik əldə olunur)

7. Yaradıcı tətbiqetmə: 
Sinifdə: şeirin ifadəli oxusu yarışı; 
Evdə: vətənlə bağlı klaster hazırlamaq və ya esse yazmaq

8. Qiymətləndirmə və ev tapşırıqları

Meyarlar
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Fikrini  şərhetmə
Şərh edə bilmir
Müstəqil şərh etməkdə 
çətinlik çəkir
Fikrini əsasən 
şərh edir
Fikrini şərh edir
İfadəli  oxuma
Oxuya bilmir
Oxuda çətinlik çəkir
Əsasən ifadəli 
oxuyur
Mətni ifadəli 
oxuyur
Lüğətdən  istifadə etmə
İstifadə edə 
bilmir
Müəyyən 
çətinlik çəkir
Əsasən istifadə 
edə bilir
Lüğətdən istifadə 
edir
Nağıletmə
Nağıl edə bilmir
Nağıletmədə 
çətinlik çəkir
Əsasən nağıl 
edə bilir
Mətni nağıl
edə bilir

Təcrübəçi tələbə:                           Əliyeva Günay

Fənn müəllimi:                               Məmmədova Tünzalə

                   20 fevral 2020-ci il



Qeyd: 
1. Dərsin icmalı bir gün əvvəldən yazılır və sonda da o günün tarixi qoyulur.
2. Metodist müəllim tələbə dərsə gedən gün icmalı təkrarən yoxlayıb təsdiq edir (tarixi yazır və  imzasını qoyur).


Комментарии

Популярные сообщения из этого блога

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

Fəal(interaktiv) təlim