Təlim fəaliyyətinin planlaşdırılması


MÜƏLLİMİN TƏLİM FƏALİYYƏTİNİN PLANLAŞDIRILMASI 

Planlaşdırma müəllimin tədris-metodiki işinin aynasıdır. Onun düzgün elmi-metodiki və pedaqoji-psixoloji tərtibi qaydaları vardır. Hazırda bu vəzifəni orta məktəb müəllimləri üçün tərtib olunan metodik vəsaitlər yerinə yetirir. Həmin vəsaitlərdə proqram materiallarının tədrisi ardıcıllığı, ayrılan saatlar, dərslərdə reallaşdırılacaq alt-standartlar, təlim üsulları, qiymətləndirmə növləri, dərsdə istifadə olunacaq iş formaları, mövzunun tədrisində fənlərarası və fəndaxili inteqrasiya, resurslar və b. məsələlər geniş şəkildə əks olunmuşdur. Həmin vəsait də Təhsil Nazirliyi tərəfindən təsdiq olunduğuna görə buradakı planlaşdırmada düzəlişin aparılmasını yalnız məktəb ədəbiyyat metodşurasının qərarı ilə həyata keçirmək olar.  
Amma bu məsələdə ədəbiyyat müəllim də müəyyən bilik və bacarıqlara sahib olmalıdır. O,  planlaşdırmada standartların, inteqrasiya imkanlarının, qiymətləndirmə məsələlərinin dəqiqləşdirilməsi işini həyata keçirə bilər. Təqdim olunan standartlar qrupunda, inteqrasiya məsələlərində, resurslarda əlavələr və dəyişikliklər apara bilər.
Təlimin, təhsilin, ədəbiyyat tədrisinin qarşısına qoyulan vəzifələrin uğurlu həlli planlaşdırmanın düzgün elmi-metodiki əsaslarla tərtibindən keçir.
Bunu nəzər alaraq biz aşağıda müəllimin təlim fəaliyyətinin planlaşdırılmasından və bu işin əsas xüsusiyyətlərindən danışmaq istəyirik. 
Xatırladaq ki, ənənəvi metodikalarımız planlaşdırmanın 3 növündən söhbət açırdı. Buraya illik, yarımillik və gündəlik plan daxil idi. Onların adları kimi məzmunları da fərqli idi. Qeyd edək ki, illik planlaşdırma nə qədər səmərəli olsa da, ənənəvi kursda müəllimlər onun tərtibindən qaçır, onu artıq bir iş hesab edirdilər. Müəllimlər üçün işlək vəziyyətdə olanı  isə yarımillik (buna təqvim-tematik plan deyilirdi) və gündəlik planlar idi. Ənənəvi kurs öz ömrünü başa vurduğundan o planlar daha  işləmir və  onlar tarixi-metodik əhəmiyyət daşıyırlar.  Ona görə də diqqətinizi daha çox yeni kursda istifadə olunan planlara yönəldəcəyik.
Yeni kurs planlaşdırmanın iki növündən – perspektiv(illik)cari planlaşdırmadan(gündəlik) istifadə edir. Burada yarımillik planlaşdırmanın (təqvim-tematik planın)  adı çəkilmir. Hazırda illik planlaşdırma tədris prosesi ilə bağlı məsələləri tam şəkildə əhatə etdiyindən köhnəyə  ehtiyac qalmır.
Yeni kursda müəllimlərə illik planın iki variantı təklif olunmuşdur. Biz orta məktəbin müəllim üçün vəsaitlərində bu planlaşdırmanın bölmələrinə bir qədər sərbəst yanaşmaları da  görürük. Onları da qəbul etmək olar. Amma qaydalara uyğun gələn illik planlaşdırma  aşağıdakı şablonlara uyğun gələnləri hesab olunmalıdır.
İllik planlaşdırma ( I variant)
Tədris vahidi[1]

Mövzular

Standartlar

İnteqrasiya

Resurslar(təchizat)
Qiymətləndirmə

Saat

Tarix










Qeyd: Bu cür planlar orta məktəbin ədəbiyyat müəllimləri üçün hazırlanmış müəllim üçün metodik vəsaitlərdə vardır. Onlara   internetdə http://www.trims.edu.az  səhifəsindən baxa bilərsiniz.

İllik planlaşdırma (II variant).
(Təqvim planın kurikulum əsasında nümunəsi)[2]
Tarix(həftələrlə)
hüm hadisələr
Tədris vahidinin adı
Tarix
vzular
Tədris vahidi üzrə reallaşdırılan standartlar
vzular üzrə reallaşdırılan standartlar
Strategiyalar
Fərdi yanaşma
Qiymətləndirmənin  üsul və vasitələri
Tədris vahidi üçün ayrılmış vaxt



Hər mövzu üçün ayrılmış vaxt
Resurslar















Həmin səhifədə bütün siniflər üçün ədəbiyyat dərsliklərinə və müəllimlər üçün vəsaitlər yerləşdirilmişdir.  
Planlaşdırma həyata keçiriləndə proqram materiallın xüsusiyyətinə, şagirdlərin yaş və bilik səviyyələrinə və  elmi-metodik, pedaqoji-psixoloji amillərə diqqət yetirilməlidir. Dərsliklər, müəllim üçün metodik vəsaitlər bu amilləri nəzərə alırmı? Mövzular üçün alt- standartlar seçiləndə "Ədəbiyyat və həyat həqiqətləri", "Şifahi nitq", "Yazılı nitq" məzmun xətlərindən seçimlər düzgün edilmişdirmi, fəndaxili əlaqələr gözlənilmişdirmi, təklif olunan alt-standartları, onların miqdarını, təlim-tərbiyə və inkişaf vəzifələrini yerinə yetirməsini yetərli saymaq olarmı, təlim materialının xarakteri imkan verərsə, təqdim olunan alt-standartları dəyişdirmək,  çoxaltmaq və ya azaltmaq mümkündürmü, summativlər, sinifdənxaric oxu dərslərinin təşkili, layihələrin təqdimi məsələlərində simmetriyalar gözlənilmişdirmi suallarına ədəbiyyat müəllimi cavab tapmağı bacarmalıdır.
Adətən illik planlaşdırmada bu nöqtələrdə səhvlər, nöqsanlar, təhriflər özünü göstərir. Müəllim planlaşdırmada həmin nöqsanları görməli və onları metodşuranın dəstəyi ilə aradan qaldırmağı bacarmalıdır. Bəzən müəllimlərə qadağalar qoyulur ki, bir dərsdə uzağı 3- 4 standart reallaşdırıla bilər, çox olmaz. Bu tamamilə zərərli və elmi-metodik baxımından olduqca yanlış yanaşmadır. Belə ki, əgər proqram materialının xarakteri imkan verirsə, onu süni şəkildə azaltmaq və ya artırmaq olmaz. Məsələn, əsərin məzmunu üzərində iş  dərslərində "Ədəbiyyat və həyat həqiqətləri" məzmun xəttindən 1.1. əsas standartının dörd (1.1.1-dən 1.1.5.-ə qədər də  seçilə bilər. O baxır keçilən əsərə), şifahi və yazılı nitq məzmun xətlərinin hərəsindən isə bir və ya iki alt-standart (minimum 6 alt-standart) seçilə bilər.  
Gündəlik planlar isə müəllimin birbaşa dərsə hazırlığı prosesini əks etdirən ən işlək sənəddir.  Müəllimin dərsdə gördüyü işlərin məzmunu bu sənəddə əks olunur. həmin sənəd illik planda mövzunun tədrisi üçün nəzərdə tutulan işlərin necə yerinə yetirilməsi vəziyyətini əks etdirir. Müəllim üçün vəsaitlərdə proqram materiallarının tədrisinə dair tövsiyələr də verilmiş, dərs icmalları da təqdim olunmuşdur. Hər bir gənc müəllim unutmamalıdır ki, verilmiş mülahizələr, təqdim olunmuş icmallar rəsmi göstəriş deyildir, tövsiyə  xarakteri daşıyır.
Məktəb təcrübəsi gündəlik planın iki növünü  tanıyır: geniş plan – buna dərsin icmalı deyilir və qısa plan.
Geniş plan titul səhifəsindən, dərsin planındandərsin gedişi bölmələrindən ibarətdir. Dərsin planı dedikdə burada dərsin mövzusu, məqsədi, dərsdə istifadə olunan üsullar, təchizat məsələləri və dərsin mərhələləri üzrə təxmini vaxt bölgüsünü nəzərdə tutulur. Dərsin gedişi dedikdə isə həmin mərhələlərin hər birində görülən işlərə dair geniş qeydlərin aparılması başa düşülməlidir.
Qısa planda isə dərsin mərhələlərini əks etdirən təxmini vaxt bölgüsü, dərsin gedişatının geniş təsviri nəzərdə tutulmur. Burada dərsin mərhələlərinə dair əsas tezislər qeyd olunur, hər bir mərhələnin məzmunu plan şəklində, əlavə şərhlər verilmədən  hazırlanır.
Təcrübəli müəllimlər qısa gündəlik plandan istifadə edirlər.
Gündəlik plan nümunəsi –(1)

Fəal(interaktiv) dərsin texnoloji xəritəsi.

Cədvələ diqqətlə baxın. O belə doldurulmalıdır:  Yuxarıdakı rəngli sütunda başlıqların altında uyğun cavablar qeyd olunmalıdır. "Standartlarda"  dərsdə reallaşdırılacaq alt-standartların rəqəmləri(kodları), "Mövzu"nun altında keçiləcək dərsin mövzusu, "İnteqrasiya"da fənlərarası inteqrasiya- fənnin adı və alt-standartı (tarix: 1.2.1, musiqi: 2.1.2 və s.), "Texnikalar"da dərsdə istifadə olunacaq üsullar, "İş forması"nda  fərdi, cütlərlə, kiçik və ya böyük qruplarla iş formalarından uyğun gələnləri, "Resurslar"da dərsin gedişatına xidmət edən əyani vasitələr, sxemlər, cədvəllər, video çarxlar, kitablar, kliplər və s. qeyd olunur.
Dərsin təlim nəticələrində alt-standartların açıqlamaları qeyd olunur.
"Motivasiya"nın qarşısında nümayiş etdiriləcək vəsaitin adı və yönəldici suallar, "Tədqiqat sualı"nın qarşısında uyğun suallar( iki sualın verilməsini tövsiyə etmişdik. Bu sualların tərtibində də məzmun və təhlil suallarının fərqləndirilməsini xatırlayın), "Tədqiqatın aparılması" qrafasının qarşısında  qrupların sayını və onlara təqdim olunacaq tapşırıqları, digər mərhələlərin də qarşısında uyğun olan işləri qeyd etmək lazımdır.



[1] Tədris vahidi dərslikdəki mövzuların tematik qrupudur.
[2] Bax: Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları, Bakı 2008, səh.282-283

Комментарии

Популярные сообщения из этого блога

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)

Ədəbiyyat V-IX sinif, proqram materialları