Сообщения

Fəal(interaktiv) təlim

Изображение
 Fəal/interaktiv təlim üzrə keçirilən dərslərin mərhələləri və onlarda görülən işlər Fəal/interaktiv təlimlə bağlı aparılan  dərslərin məğzində də qrup işi aparıcı mövqeyə çıxır və onun mərhələləri, təxmini vaxt bölgüsü aşağıdakı şəkildə olur: 1.       Motivasiya ....................................................3 dəq. 2.       Tədqiqatın aparılması ...............................   9 dəq. 3.       Məlumat mübadiləsi ...................................10 dəq. 4.       Məlumatın müzakirəsi və təşkili ..................7 dəq. 5.       Nəticələrin çıxarılması ............................... 5  dəq. 6.       Yaradıcı tətbiqetmə .................................... 8 dəq. 7.       Refleksiya (və ya qiymətləndirmə, bütün mərhələlərdə aparıla bilər)..................... 3 dəq.                                                                   Cəmi: 45 dəq. Həmin mərhələlərdə nə kimi işlərin görülməsinə nəzər salaq.

Ədəbiyyat fənn kurikulumu

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni üzrə təhsil proqramı (kurikulumu) (V-IX siniflər) Sonuncu variant 1. Ədəbiyyat fənni üzrə ümumi təlim nəticələri Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird: •          bədii  nümunələri onların məzmunundan irəli gələn məna çalarlarına uyğun ifadəli oxuyur, mətni bədii-emosional cəhətdən qüvvətləndirən sözlərin mahiyyətini izah edir; •          yazılı nitqində məzmuna uyğun üslub müəyyənləşdirir, orfoqrafiya və orfoepiya qaydalarına əməl edir, söz ehtiyatından səmərəli istifadə edir, fikirlərini ardıcıl və məntiqi ifadə edir, ümumiləşdirmələr  aparır; •          bədii nümunələrlə bağlı fikirlərini aydın, ardıcıl, məqsədyönlü, yığcam, yeri gəldikcə bədii təsvir vasitələrindən istifadə etməklə şərh edir; •          müxtəlif janrlarda yazılmış mətnlər üzərində sərbəst işləyir, onlarda ifadə olunmuş əsas ideyanı şərh edir, mətni məzmununa uyğun hissələrə ayırır və müvafiq plan tərtib edi

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Изображение
Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT Azərbaycan Respublikası təhsil nazirinin 2 sentyabr 2013-cü il tarixli 792 nömrəli əmri ilə təsdiq edilmişdir   Bu müvəqqəti Təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında 3 iyun 2010-cu il tarixli 103 nömrəli və "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyasının təsdiq edilməsi haqqında" 13 yanvar 2009-cu il tarixli 9 nömrəli qərarlarının icrasını təmin etmək məqsədilə tətbiq edilir.   1. ümumi müddəalar 1.1. Ümumi təhsil məktəblərinin yeni təhsil proqramları (fənn kurikulumları) tətbiq olunan siniflərində yeni məktəbdaxili qiymətləndirmə sistemi tətbiq olunur. 1.2. Yeni məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ qiymətləndirmələrdən ibarətdir.  2. Diaqnostik qiymətləndirmə 2.1. Diaqnostik qiymə