Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT
Ümumi təhsil məktəblərində
məktəbdaxili qiymətləndirmənin aparılmasına dair
MÜVƏQQƏTİ TƏLİMAT
MÜVƏQQƏTİ TƏLİMAT
Azərbaycan Respublikası təhsil
nazirinin
2 sentyabr 2013-cü il tarixli 792 nömrəli
əmri ilə təsdiq edilmişdir
2 sentyabr 2013-cü il tarixli 792 nömrəli
əmri ilə təsdiq edilmişdir
Bu müvəqqəti Təlimat Azərbaycan Respublikası
Nazirlər Kabinetinin "Ümumi təhsil pilləsinin dövlət standartı və
proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında 3 iyun 2010-cu il
tarixli 103 nömrəli və "Azərbaycan Respublikasının ümumi təhsil sistemində
Qiymətləndirmə Konsepsiyasının təsdiq edilməsi haqqında" 13 yanvar 2009-cu
il tarixli 9 nömrəli qərarlarının icrasını təmin etmək məqsədilə tətbiq edilir.
1. ümumi müddəalar
1.1. Ümumi təhsil məktəblərinin yeni təhsil
proqramları (fənn kurikulumları) tətbiq olunan siniflərində yeni məktəbdaxili
qiymətləndirmə sistemi tətbiq olunur.
1.2. Yeni məktəbdaxili qiymətləndirmə
diaqnostik, formativ və summativ qiymətləndirmələrdən ibarətdir.
2. Diaqnostik qiymətləndirmə
2.1. Diaqnostik qiymətləndirmə dərs ilinin,
tədris vahidinin və dərsin əvvəlində təhsilalanların bilik və bacarıqlarının
ilkin səviyyəsini müəyyənləşdirmək məqsədilə aparılır.
2.2. Diaqnostik qiymətləndirmənin üsul və
vasitələri fənn müəllimi tərəfindən müəyyənləşdirilir.
2.3. Diaqnostik qiymətləndirmənin nəticələri
rəsmi sənədlərdə qeyd olunmur, təhsilalan haqqında müvafiq yazılı qeydlər
təhsilalanın portfoliosunda saxlanılır.
3.1. Formativ qiymətləndirmənin məqsədi
təhsilalanın təlim prosesində məzmun standartlarından irəli gələn bilik və
bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləməkdən, bu zaman
qarşıya çıxan problemləri müəyyən etməkdən və onları aradan qaldırmaqdan
ibarətdir.
3.2. Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə
deyil.
3.3. Formativ qiymətləndirmə fənnin məzmun
standartları üzrə təlim məqsədləri əsasında müəyyənləşdirilmiş
qiymətləndirmə meyarlarına görə aparılır.
3.4. Müəllim qiymətləndirmə meyarlarına
uyğun dörd səviyyəli rubriklər (I-IV səviyyə) hazırlayır. Zəruri hallarda
rubriklər 3 və ya 5 səviyyədə tərtib oluna bilər.
3.5. Müəllim təhsilalanın fəaliyyətinin
nəticəsini "Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə rubrikə
uyğun olaraq rum rəqəmləri (I, II, III və IV) ilə, "Məktəbli
kitabçası"nda isə sözlərlə yazır.
3.6. "Müəllimin formativ qiymətləndirmə
dəftəri"ndə rubriklərin məzmunu və şagirdin formativ qiymətləndirilməsinə
dair məlumatlar sərbəst formada aparılır.
3.7. Müəllim yarımillərin sonunda
"Müəllimin formativ qiymətləndirmə dəftəri" əsasında şagirdin yarımil
ərzində fəaliyyətinin qısa təsvirini hazırlayır və portfolioda saxlayır.
4. Summativ qiymətləndirmə
4.1. Summativ qiymətləndirmə kiçik və böyük
olmaqla iki formada aparılır.
4.2. Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir
və nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.
4.3. Kiçik summativ qiymətləndirmə vasitələri
fənni tədris edən müəllim, böyük summativ qiymətləndirmə vasitələri isə ümumi
təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır.
4.4. Kiçik summativ qiymətləndirmə hər tədris
vahidinin sonunda, altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir.
4.5. Böyük summativ qiymətləndirmə yarımillərin
sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq
komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.
4.6. Şagirdlərin kiçik və böyük summativ
qiymətləndirmələrinin nəticələri illik qiymətlərinin hesablanmasında nəzərə
alınır.
4.7. Kiçik və böyük summativ qiymətləndirmələrin
keçirilmə vaxtı illik planlaşdırmada nəzərdə tutulur.
4.8. Kiçik və böyük summativ qiymətləndirmə
vasitələri qiymətləndirmə standartlarının dörd mürəkkəblik səviyyəsinə uyğun
olaraq 1-4-cü səviyyələrdə (20%-i 1-ci, 30%-i 2-ci, 30%-i 3-cü və 20%-i 4-cü
səviyyəyə aid olmaqla) hazırlanır.
4.9. Kiçik summativ qiymətləndirmənin
keçirildiyi gün kiçik summativ qiymətləndirmədə iştirak etməyən şagirdin sinif
jurnalında adının qarşısındakı xana diaqonalla 2 yerə ayrılır və onun surətində
"q"(qaib) yazılır, məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə
növbəti kiçik summativ qiymətləndirmənin keçiriləcəyi tarixədək kiçik summativ
qiymətləndirmə aparır və onun nəticəsi məxrəcdə qeyd edilir.
4.10. 1-ci yarımildə böyük summativ
qiymətləndirmədə üzrlü səbəbdən iştirak etməyən şagird dərsə qayıtdıqdan
sonrakı bir ay ərzində böyük summativ qiymətləndirmədə iştirakı təmin edilir.
1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməyən
və 2-ci yarımilin ilk bir ayı ərzində iştirakı təmin olunmayan şagirdin böyük
summativ qiymətləndirmə üzrə qiyməti "0" qəbul olunur.
4.11. Şagird 2-ci yarımildə üzrlü səbəbdən böyük
summativ qiymətləndirmədə iştirak etmədikdə ümumtəhsil müəssisəsinin pedaqoji
şurasının qərarı ilə həmin şagirdin 2-ci yarımil üzrə qiyməti onun bu yarımildə
iştirak etdiyi kiçik summativ qiymətləndirmələrin nəticələrinin ədədi ortası
kimi müəyyənləşdirilir. Üzrsüz səbəbdən 2-ci böyük summativ qiymətləndirmədə
iştirak etməyən şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti "0"
qəbul edilir.
4.12. Summativ qiymətləndirmədə iştirak etməyən
şagirdlər üçün yeni, lakin sinif üçün istifadə olunan tapşırıqlarla eyni
səviyyəli qiymətləndirmə vasitələri hazırlanır.
4.13. Şagirdin yarımillik qiyməti yarımil
ərzində keçirilən kiçik summativ qiymətləndirmələrin yekun nəticələrinin
40%-i ilə, yarımillik sonunda keçirilən böyük summativ qiymətləndirmənin
nəticəsinin 60%-nin cəmi əsasında aşağıdakı düsturla
çıxarılır:
Burada, Y- şagirdin 1-ci və ya
2-ci yarımil üzrə qiymətini;
- kiçik summativ
qiymətləndirmələrin nəticələrini;
BSQ - yarımilin sonunda keçirilən böyük summativ
qiymətləndirmənin nəticəsini bildirir.
Şagirdin yarımillik qiyməti çıxarılarkən
yuvarlaqlaşdırma qaydası tətbiq edilir.
4.14. Şagirdin illik qiyməti aşağıdakı cədvələ uyğun
hesablanılır:
Burada: Y1 - 1-ci yarımil üzrə qiyməti, Y2 -
2-ci yarımil üzrə qiyməti göstərir.
4.15. Şagirdin qiyməti düzgün cavabların
maksimum bala nisbəti ilə faiz göstəricisinə uyğun müəyyənləşdirilir:
№
Şagirdin yerinə
yetirdiyi tapşırıqların faizlə miqdarı
Şagirdin qiyməti
1
[0% - 40%]
2 (qeyri-kafi)
2
(40% - 60%]
3 (kafi)
3
(60% - 80%]
4 (yaxşı)
4
(80% - 100%]
5 (əla)
Комментарии
Отправить комментарий