Dərs planı: Nəsiminin həyatı və yaradıcılıq yolu (X sinif))


Bir dərsin planı: İ.Nəsiminin həyatı və yradıcılıq yolu

X sinifdə İ. Nəsiminin həyatı, yaradıcılıq yolu tədris olunarkən dərsi təxminən aşağıdakı şəkildə planlaşdırmaq olar:
 Mövzu:  İmadəddin Nəsiminin həyatı və yaradıcılıq yolu
Standartlar: 1.2.4., 2.1.1., 2.2.1., 3.1.2., 3.1.3.
Inteqrasiya: Tarix, 0.0.0. 
Texnikalar: klaster, beyin həmləsi, Venn diaqramı, T-sxem, müzakirə,
Iş forması: böyük və kiçik qrupda iş
Resurslar (təchizat):
-Nəsimi filmdən parça, musiqi "Etmə gil" rədifli qəzəli. https://yandex.ru/video/search?p=3&filmId=13259442750920529608&text=nəsimi%20filmindən%20musiqi&noreask=1&path=wizard&reqid=1505034865256665-710745628839777460155688-man1-3579-V
-Proyektor(və ya görüntünün telefondan izlənilməsi).
-Markör və iş vərəqləri.        
Dərsin təlim nəticələri:
1. Bədii nümunələrin mövzusunu, ideya-bədii xüsusiyyətlərini bağlı olduğu dövrün sosial siyasi, mənəvi dəyərləri baxımından təhlil edir, nəticə çıxarır,
2. Müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla təqdimat və çıxışlarında obrazlı ifadələrdən istifadə edir,
3. Müzakirələrdə mövzuya, problemə, yazıçı mövqeyinə tənqidi münasibətini əsaslandırır fərqli fikirlərə dözümlülük nümayiş etdirir.
4. Müşahidələrinə, əlavə məlumatlara əsaslanmaqla əsərin ideyasına, probleminə münasibət bildirir, ümumiləşdirmələr aparır, nəticə çıxarır.
5. "Nəsimi əsərlərində insan amili" mövzusunda esse.
          
       Dərsin mərhələlərinə görə təxmini
vaxt bölgüsü:
1. Sinfin təşkili və ev tapşırıqlarının yoxlanması ...3 dəq.
2. Motivasiya.......................................................... 4 dəq.
3. Tədqiqatın aparılması......................................... 7 dəq.
4. Məlumat mübadiləsi..........................................10 dəq.
5. Məlumatın müzakirəsi və təşkili...................... ..7 dəq.
6. Nəticələrin çıxarılması..................................... ..4 dəq.
7. Yaradıcı tətbiqetmə.......................................... ..7 dəq.
8. Qiymətləndirmə ev tapşırığının verilməsi............3 dəq.
       Cəmi: 45 dəq.
Dərsin gedişi:
1. Sinfin təşkili və ev tapşırıqlarının yoxlanması.
2. Motivasiya
Bu münasibətlə şagirdlərin diqqəti "Nəsimi" bədii filmindən "Etmə gil" qəzəlinin səsləndirilməsinə yönləndirilir. Köməkçi suallar:
a) Fraqment xoşunuza gəldimi?
b) O sizə nə kimi duyğular aşıladı?
c) Bu gün kimdən söhbət açılacaq?
d) Nəsimini həyatı və bədii irsinin günümüz üçün dəyəri barədə nə deyə bilərsiniz?
Tədqiqat sualları: 1. Nəsimi baş verən bəlalardan, fəlakətdən özünü qurtara bilərdimi?
2.Nəsimi irsinin öz dövrü və bu günümüz üçün əhəmiyyəti barəsində mətndə hansı fikirlər söylənə bilər?
(İzahat prosesində mövzunun adı, tədqiqat sualları yazılmış vərəqə lövhəyə yapışdırılır. Ehtimallar alınıb onun altıda qeyd olunur).
3. Tədqiqatın aparılması.
Qrup işləri təşkil olunur. Bu zaman aşağıdakı tapşırıqlardan istifadə oluna bilər:
1-ci qrup: Nəsimi irsini dövrün sosial siyasi, mənəvi dəyərləri baxımından təhlil edin. Ondan nə kimi nəticələr çıxarmaq mümkündür?
2-ci qrup: Nəsimi yaradıcılığına Sufi-hürufi  və məhəbbət ruhlu əsərləri əsasında Venn diaqramı vasitəsilə münasibət bildirin.
3-cü qrup: Təsəvvür edək ki, Nəsimi bu gün yaşayıb-yaradır. T- sxem.
Ədəbiyyatımız nələri qazanardı?
İtkilərimiz nə ola bilərdi?
....
....

4-cü qrup: Nəsiminin təriqətə xidmət edən əsərlərinin başlıca xüsusiyyətlərinə, mövzusuna, problemlərinə münasibət bildirin
5-ci qrup: Şairin fəlakətlərdən qaçması, xilas olması mümkün idimi? Düşüncələrinizi qeyd edin.
4. Məlumat mübadiləsi. Təqdimatlar dinlənilir və suallar yaranarsa, təqdimatçı onları cavablandırır.
5. Məlumatın müzakirəsi və təşkili. Təqdimatlara ümumi bir nəzər salınır və oradakı məlumatları ümumiləşdirmək, sistemləşdirmək  lazım gəlir. Bunun üçün aşağıdakı suallardan istifadə oluna bilər:
1. Nəsimi irsinin dəyəri barədə nə kimi fikirlər yarandı?
2. Nəsimi lirikasının başlıca xüsusiyyətlərinə nələr daxil oldu?
3. Nəsimi irsinin dəyəri barədə hansı qənaətlərə gəlmək olar?
4. Şairin başına gələcək bəlalardan qaçması nə zaman mümkün ola bilərdi?
5. Nəsiminin həyatı, yaradıcılıq yolu barəsində aldığımız bilikləri necə ümumiləşdirə bilərik?
6. Nəticələrin çıxarılması. Əldə olunan yekun qənaətlərlə ilkin fərziyyələr tutuşdurulur və yeni bilik əldə olunur.
7. Yaradıcı tətbiqetmə. Bu zaman essenin yazılması və klasterin tərtib olunması tapşırıla bilər. Klasterin mərkəzində "Nəsimi" ifadəsi yazılacaq,  ətrafında isə onu xarakterizə edən sözlər düzüləcəkdir.
8. Qiymətləndirmə və ev tapşırığının verilməsi.
Qiymətləndirmə meyarları:
-Təhlil etmə
-Nəticə çıxarma
-Tənqidi münasibət bildirmə
-Nitqində istifadə etmə
Evdə: Materialın məzmunu uyğun internet resurları ilə iş: Nəsiminin qəzəlləri(axtarmaq və təqdimat hazırlamaq).


Комментарии

Популярные сообщения из этого блога

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

Fəal(interaktiv) təlim

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)