Ədəbiyyat dərslərində nitq inkişafı


Ədəbİyyat dərslərİndə nİtq İnkİşafı


Ərazimizin 20 faizə qədərinin erməni faşistləri tərəfindən işğal edildiyi, haqlı ikən haqsız hesab olunduğumuz indiki şəraitdə öz düşüncələrini həm yazılı, həm də şifahi formada ifadə edən gənclərə ehtiyacımız daha çoxdur.  Ötən əsrin əvvəllərindən üzləşdiyimiz, hələlik öhdəsindən gələ bilmədiyimiz bədnam ermənilər silahın deyil, məhz siyasətin hesabına irəli çıxdıqlarına görə doğma torpaqlarımızı müvəqqəti işğal edə bildi və əhalimizin 1 milyonunu qaçqın, köçkün və didərgin vəziyyətinə saldı. Məhz bu xəstə təfəkkürlü millətin məkrli niyyəti və təbliğatı hesabına dünyanın bir sıra ölkələrində yalançı soyqırımı qərarları qəbul edilmiş oldu. Həmin dövr rəhbərlərinin səriştəsizliyi, yerli məmurların bacarıqsızlığı, eləcə də məktəb işlərində yol verilən əyintilər və s. xalqımızın  düşmən qarşısında müəyyən qədər aciz qoymuş oldu və nəticədə belə bir işğal aktı baş tutdu. Deməli,  vaxtında sözümüzü yeridə və siyasətdə haqlı olduğumuzu sübuta yetirə bilməməyimiz düşmənə müvəqqəti olaraq irəli çıxmaq fürsətini verdi.
Bu gün bu sahədə daha irəli getmək istəyiriksə, onda bizə mahir siyasətçilərimizlə yanaşı öz sözünü söyləməyi bacaran və onu şifahi və yazılı formada çatdırmağa çalışan gənclərimizin yetişdirilməsi  də lazımdır. Bunun üçün müəllim ədəbiyyat dərslərində şagirdlərin şifahi və yazılı nitqini inkişaf etdirmək qaydalarına dərindən bələd olmalıdır.
Şagirdlərin şifahi və yazılı nitqinin inkişaf etdirilməsi işinin məzmunu müvafiq məzmun xətlərində öz əksini tapmışdır. Yeni kursda fəndaxili əlaqə vacib olduğundan hər bir dərsdə bu məzmun xətlərindəki alt-standartlar ilboyu tədris prosesinə cəlb olunur. Məsələnin məzmununun nədən ibarət olduğunu aydın təsəvvür etmək və nitq inkişafı işlərinin dinamikası göstərmək üçün  fənn kurikulumundan onları müşahidə etmək gərəkdir.

Şagirdlərin şifahi və yazılı nitqini inkişaf etdirmək üçün müəllim bir sıra məsələləri bilməlidir. Bunlara:
·         Şifahi və yazılı nitqin başlıca cəhətləri, ədəbiyyat dərslərində nitq inkişafının əsas xüsusiyyətlərini,
·         Ədəbiyyat dərslərində nitqi inkişaf etdirməyin prinsipləri (şagirdin yaşadığı dil mühitinin, onların şəxsi qabiliyyətlərinin, dərsdəki psixoloji şəraitin, mövzunun xüsusiyyətlərinin nəzərə alınması),
·         Şifahi nitqi inkişaf etdirmək üçün məzmun xəttinin əhatə etdiyi məsələləri,
·         Yazılı nitqi  inkişaf etdirmək üçün məzmun xəttindəki alt-standartların əhatə etdiyi məsələləri.
 Şagirdlərin şifahi nitqini - ədəbi-bədii nitqini inkişaf etdirmək işində müəllim bir sıra qaydaları əldə rəhbər tutmalıdır:
·         Şagirdin yaşadığı dil mühitinin nəzərə alınmalı, onun çıxışına daim dəstək verilməsi.
·         Onların şəxsi qabiliyyətlərinin nəzərə alınması – dərs prosesində hər zaman psixoloji dəstəyin verilməsi,
·         Psixoloji şəraitin yaradılması – hər bir şagirdin öz fikrini bildirmək imkanının tanınması, onlara tam sərbəstlik verilməsi, fərqli fikirlərə hörmətlə yanaşılması, psixoloji diskomfortun aradan qaldırılması.
·         Şagirdlərin şifahi nitqinin inkişafını təmin etmək üçün fəal dinləmək vərdişinə sahib olmaq. Şagird hiss etməlidir ki, onun hər bir çıxışı müəllim tərəfindən dəstəklənəcək.
·         Mövzunun xüsusiyyətlərin və məzmun xətlərinin tələblərinin nəzərə alınması – müəllim bilməlidir ki,  mövzunun tədrisi zamanı bu anda hansı alt-standartın işlədilməsi daha məqsədəuyğundur.


Комментарии

Популярные сообщения из этого блога

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

Fəal(interaktiv) təlim

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)