Dərs icmalının tərtibinə dair tövsiyələr


Dərs icmalının tərtibinə dair tövsiyələr


Dərsdə reallaşdırılacaq alt-standartlar seçiləndə mövzunun xarakterinə diqqət yetirilməlidir. Əsərin məzmunu ilə bağlı keçilən dərslərdə 1.1 əsas standartının, təhlili ilə  bağlı iş aparılanda isə 1.2 əsas standartının tərkibindən alt-standartlar götürülməlidir. Əgər əsərin öyrənilməsinə cəmi bir saat həsr olunubsa, onda hər iki əsas standartın tərkibindən mövzunun xarakterinə uyğun gələn alt-standartlar seçilməlidir.
Dərslər üçün alt-standartlar seçiləndə hər üç məzmun xəttinin imkanlarına nəzər salınmalıdır. Onların hər üçündən alt-standart seçib dərsə gətirilməlidir.
Fəndaxili və fənlərarası inteqrasiyanın imkanlarından səmərəli istifadə olunmalıdır. Fəndaxili inteqrasiya dedikdə  məzmun xətləri arasındakı bağlılığı, fənlərarası dedikdə isə mövzunun xarakterindən irəli gəlməklə digər fənlərlə əlaqələrin qurulmasını  nəzərə tutmaq lazımdır.
Tədqiqatın aparılması mərhələsində qruplara tapşırıq  veriləndə tədqiqat sualınıntəlim nəticələrinin tələblərinə riayət olunmalıdır.  Təlim nəticələrində əksini tapan məsələlər qrup tapşırıqlarına çevrilməlidir. Bunun üçün ən azından onların sonluğundakı indiki zamanı( –ır4) əmr formasına (-ın4)  çevirmək lazımdır.
Qiymətləndirmə meyarları alt-standartların  fəaliyyət hissəsinə əsasən müəyyənləşdirilməlidir. Fellər indiki zaman formasından çıxarılmalı və -ma,- mə formalarına salınmalıdır. Məsələn,  
1.2.1. Şifahi və yazılı ədəbiyyat nümunələrini müqayisə edir.
1.2.2. Obrazların xarakterindəki başlıca xüsusiyyətləri aydınlaşdırır, əsaslandırılmış münasibət bildirir.
a)      Müqayisə etmə
b)      Aydınlaşdırma
c)      Münasibət bildirmə

Комментарии

Популярные сообщения из этого блога

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

Fəal(interaktiv) təlim

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)