Fəal təlimdə iş formaları



Fəal(interaktiv) təlimdə istifadə olunan iş formaları

 İş formaları dərsin əvvəlində də, tədqiqatın işlərinin  təşkilində də, digər dərs  mərhələsində istifadə oluna bilər. Dərsin mövzusu və məqsədindən asılı olaraq tədqiqat işləri aparılır. Bu tədqiqat işləri xarakterinə görə bir  nəfərlə, eləcə də bir neçə nəfərin birgə iştirakı ilə aparıla bilər. Ona görə də tədqiqat işlərinin müxtəlif formalarda təşkil edilməsi məsələsi ortaya çıxır.
Fəal(interaktiv) dərslərdə  istifadə olunan iş formaları bunlardır:
1. Fərdi iş – tapşırığın icrası bir nəfər aid olur. Şagird qoyulmuş sualını cavabını bir dəftər vərəqinə qeyd edir. Tələb olunan anda yazdıqlarını oxuyur, onun məzmunu ilə sinif yoldaşlarını tanış edir. Dərsin motivasiya, yaradıcı tətbiqetmə mərhələsində geniş istifadə olunur. Deməli, bir nəfərə üçün nəzərdə tutulan iş formasıdır formadır                                                                   

2. Cütlərdə iş –tapşırığın icrası iki nəfər aid olur. Burada təklif olunan tapşırıq iki nəfərin iştirakı ilə həll olunur. Onlar tapşırığın tələblərini birlikdə öyrənir və müzakirə fonunda yerinə yetirirlər. İş ümumi razılığa gəlmək, birlikdə yekun bir qərarın verilmək və dəftər vərəqində qeyd etməklə nəticələnir. Müzakirənin nəticəsi şifahi və yazılı formada icra oluna bilər. Yazılı forma bir vərəqdə əksini tapmalıdır.
3. Kiçik qruplarda iş -  5-6 nəfərin iştirakı ilə görülən birgə işdir. Tapşırıq qrup halında nəzərdən keçirilir, müzakirə olunur və yekun qənaətlər ümumi razılıq əsasında iş vərəqlərində qeyd olunur. Əgər keçilən dərs problemin bu formada araşdırılmasına imkan verirsə, onda müəllim  kiçik qruplarda iş formasına üstünlük verir. Qeyd edək ki, kiçik qruplarla iş fəal(interaktiv) dərslərin sıx müraciət etdiyi iş formasıdır.

Bu zaman sinifdə şagirdlərin miqdarı nəzərə alınmaqla 4-5 qrup yaradıla bilər. 25 nəfərlik sinifdə kiçik qrupu formalaşdırmaq üçün müxtəlif vasitələrdən istifadə oluna bilər. Məsələn, şagirdlərə təklif oluna bilər ki, 1-dən 5-ə qədər saysınlar. Sonra 1-lər, 2-lər, 3-lər, 4-lər, 5-lər hərəsi bir stolun ətrafında dairəvi formada otururlar. Bunu şəkillərlə də etmək olar. Yəni 5 müxtəlif gülün ( meyvə, rənglər və s. də ola bilər) hərəsindən 5 dənə çoxaldıb bir yerə sərmək olar və şagirdlərə təklif etmək olar ki, xoşlarına gələn gülləri seçib götürsünlər. Sonra isə müəllim qızılgülləri, yasəmənləri, qərənfilləri, nərgizi, bənövşəni  hərəsini bir stol ətrafına toplayır.                 
4. Böyük qrupla iş – bütün sinif üçün nəzərdə tutulan iş formasıdır. Beyin həmləsi, müzakirə, debat iş üsullarının tətbiqi zamanı bu iş formasına tez-tez müraciət olunur.

Hansı iş formasının seçilməsi proqram materialının xarakterindən, hansı axtarış formasının seçilməsindən, hansı iş üsulunun tətbiqindən, şagirdlərin yaş və bilik səviyyələrindən asılıdır.
Fəal(interaktiv) dərslərdə adətən bir neçə iş formasında istifadə olunur. Bu da öz növbəsində şagirdlərlə işin rənga­rəngliyini, dərsin mobilliyini təmin edir. 
?!
1.      Təlim üsulları dedikdə nə başa düşürsünüz?
2.      Onları neçə yerə bölmək olur?
3.      Ənənəvi təlim üsulları barədə nə   deyə bilərsiniz?
4.      Təsnifatın müsbət və mənfi cəhətləri barədə  danışın.
5.      Fəal(interaktiv) təlimdə istifadə olunan iş üsulları barədə nə kimi təsəvvürə malik oldunuz?
6.      Ədəbiyyat dərslərində hansı iş formalarından istifadə etmək olar? Onların məzmunu və xüsusiyyətləri barədə nə deyə bilərsiniz?





Комментарии

Популярные сообщения из этого блога

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

Fəal(interaktiv) təlim

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)