Nəsr əsərlərin məzmununa həsr olunan dərslərin quruluşu

Nəsr əsərlərinin məzmununa həsr olunan dərsin quruluşu


Nəsr əsərlərinin tədrisində fasiləli oxu üsulundan istifadə edilməsi daha məqsədəuyğundur. Oxu bitən kimi qısa təəssürat alınmalı və qrup tapşırıqlarına keçilməlidir.
Əsərin həcmi geniş olanda və məzmununun öyrədilməsinə 2 saat vaxt ayrılanda, hər bir dərsdə fasiləli oxu üsuluna müraciət olunmalıdır. Bəzən müəllimlər bu cür dərslərdə  birinci  saat məzmun üzərində iş aparanda, əsərin qalan hissəsini evdə oxumağı tapşırır. Bu düzgün yol deyildir.
Fasiləli oxu ilə iş tamamlandıqdan sonra  tədqiqatın aparılması mərhələsinə keçilməli və qrup tapşırıqları verilməlidir. Sonra digər dərs mərhələlərində nəzərdə tutulan işlər yerinə yetirilməlidir.  

Dərsin mərhələlərinə görə təxmini
vaxt bölgüsü:
1.      Sinfi təşkili və ev tapşırıqlarının yoxlanması....... ....3 d.
2.      Motivasiya............................................................... .3 d.
3.      Fasiləli oxu................................................................ 9 d.
4.      Tədqiqatın aparılması................................................ 8 d.
5.      Məlumat mübadiləsi.................................................. 8 d.
6.      Məlumatın müzakirəsi və təşkili............................... 5 d.
7.      Nəticənin çıxarılması................................................ 2 d.
8.      Yaradıcı tətbiqetmə................................................... 5 d.
9.      Qiymətləndirmə və ev tapşırığının verilməsi............2 d.
                                                             Cəmi: 45 dəq.




?!
1.      Ədəbi əsərlərin tədrisinin əhəmiyyəti barəsində nə deyə bilərsiniz?
2.      Onların öyrənilməsi müəllimlərin üzərinə nə kimi məsuliyyət qoyur?
3.      Ədəbi əsərlərin məktəbdə öyrənilməsi hansı mərhələlərdən keçir? Həmin mərhələlər barəsində nə kimi məlumata yiyələndiniz?

Комментарии

Популярные сообщения из этого блога

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

Fəal(interaktiv) təlim

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)