Əsərin təhlilinə dair icmal nümunəsi


 Təhlil dərslərinin quruluşu(Əsərin təhlili üzrə iş)


Mövzu: A. Səhhətin "Vətən" şeirinin təhlili
Standartlar: 1.2.3, 1.2.4; 2.1.2, 2.2.1; 3.1.1. 3.1.3.
Inteqrasiya: Tarix, 0.0.0.   Musiqi: 0.0.0
Texnikalar: Venn diaqramı, klaster, müzakirə, beyin həmləsi
Iş forması: Böyük və kiçik qruplarda iş
Resurslar (təchizat): "Qarabağ bülbülləri" televiziya  filmindən parça, markör, filipçart, dərslik, şairin portreti.
Dərsin təlim nəticələri: (1.2.3, 1.2.4, 2.1.2., 2.2.1, 3.1.1 və 3.1.3 - alt-standartının tələbləri xüsusiləşdirilir. 6 alt-standart olduğundan, bir o qədər də təlim nəticəsi göstərilir. Məsələn, alt-standart 1.2.3. Şifahi və yazılı ədəbiyyat nümunələrində bədii təsvir vasitələrinin (epitet, təşbeh) rolunu aydınlaşdırır. Onu çevirək təlim nəticəsinə: 1. Şeirdə bədii təsvir vasitələrinin (epitet, təşbeh) rolunu aydınlaşdırır. Digər alt-standartlar da bu qayda ilə təlim nəticələrinə çevrilir).
Dərsin mərhələlərinə görə təxmini vaxt bölgüsü:
1.      Sinfi təşkili və ev tapşırıqlarının yoxlanması .......5 d.
2.      Motivasiya............................................................... 3 d.
3.      Tədqiqatın aparılması...........................................10 d.
4.      Məlumat mübadiləsi..............................................10 d.
5.      Məlumatın müzakirəsi və təşkili........................... 5 d.
6.      Nəticənin çıxarılması.............................................. 3 d.
7.      Yaradıcı tətbiqetmə................................................ 6 d.
8.      Qiymətləndirmə və ev tapşırığının verilməsi....... 3 d.
                                                             Cəmi: 45 dəq.
Dərsin gedişi:
1. Sinfin təşkili və ev tapşırıqlarının yoxlanması.
2. Motivasiya: Vətən motivli klip səsləndirilir. Şagird­lərin təəssüratları alınır, klipin nəyə həsr olunduğu soruşulur, dərsin mövzusu müəyyən edilərək lövhəyə yazılır.
Tədqiqat sualları:
a) Şair nə üçün  bu şeirinə "Vətən" başlığını seçmişdir?
b) Şair şeirdə vətənlə bağlı duyğularını bizə çatdırmaq  üçün hansı söz və ifadələrin imkanlarından  istifadə etmişdir?
3. Tədqiqatın aparılması: Müəllim tapşırıqlar üçün ayrılmış vaxtı və təlimatı elan edir və qruplara aşağıdakı tapşırıqları təqdim edir;
1-ci qrup: Şair vətənlə bağlı duyğularını ifadə etmək üçün hansı bədii təsvir vasitələrindən istifadə etmişdir? Onların rolu rolunu nədən ibarət olmuşdur?
2-ci qrup: Şeirin hansı mövzuya həsr olunduğunu və  ideyasını nədən ibarət olduğunu aydınlaşdırın.
3-cü qrup: Şeirin aşıladığı ideyaya münasibət bildirin, fikrinizi əsaslandırın.
4-cü qrup: Siz şeirin bu cür başlanmasına və davam etməsinə necə münasibət bildirərdiniz? Fikrinizi əsaslandırmağa çalışın.
5-ci qrup: Şeirin məzmununa, quruluşuna münasibət bildirin.
4. Məlumat mübadiləsi: Qruplar ayrılmış vaxt ərzində tədqiqatlarının nəticələri ilə yoldaşlarını tanış edirlər.
5. Məlumatın müzakirəsi və təşkili: Təqdimatlarda əksini tapan məlumatları ümumiləşdirmək, sistemə salmaq üçün müzakirə aparılır.
Müzakirə üçün suallar:
- Şair bu  şeirini nə üçün "Vətən" adlandırmışdı?
- Şair vətən sevgisini bizə aşılamaq üçün hansı söz və ifadələrdən istifadə etmişdir?
- Bu sözlər həmin sevgini dolğunluğu ilə bizə çatdıra bilirmi?
- Şairin bu cür qurulması fikrin ifadə olunmasına necə xidmət göstərmişdir?
- Nəyə əsasən şeirin məhz vətən sevgisinə həsr olunduğu qənaətinə gəldiniz?
-Yoldaşlarınızın axtarışlarına necə münasibət bildirərdiniz?
- Müzakirəmizi necə ümumiləşdirə bilərik?.. 
6. Nəticənin çıxarılması: Bu mərhələdə ümumiləşmiş fikirlərlə tədqiqat sualı zamanı alınmış fərziyyələr tutuşdurulur, nələrin üst-üstə düşdüyü, nələri yeni olduğu müəyyən edilir. Nəticədə yeni bilik əldə olunur.
7. Yaradıcı tətbiqetmə:
a) Sinifdə: şeirin məzmunundan və ideyasından çıxış etməklə vətən klasterinin yaradılması;
b) Evdə:" Vətən sevgisi nədir? mövzusunda kiçik esse  yazmaq.
Qiymətləndirmə və ev tapşırıqları:
Qiymətləndirmə meyarları;
a)      Rolunu aydınlaşdırma.
b)      Münasibət bildirmə
c)      Şərh etmə 
=================================
Qeyd: Təhlil dərslərini tədqiqat sualından sonra müzakirə yolu ilə də aparmaq olar.
Tədqiqat sualının birincisi  belə ola bilər:
A) Nə üçün əsərinə müəllif bu adı seçmişdir?
B) Müəllif bizə bu əsəri vasitəsilə hansı ideyanı aşılamaq istəyir? O bu niyyətində haqlıdırmı?...

Комментарии

Популярные сообщения из этого блога

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

Fəal(interaktiv) təlim

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)