Fəal/interaktiv təlim əsaslı məzmun dərsi: icmal nümunəsi


 Fəal(interaktiv) təlim əsasında əsərin məzmunu üzərində iş (nümunə)

V sinif[1]
Mövzu:  Cəlil Məmmədquluzadənin "Poçt qutusu" heka­yəsinin məzmunu üzərində iş(1-ci saat).
Standartlar: 1.1.2; 1.1.3;  2.1.2;  2.2.1; 3.1.1; 3.1.2.
İnteqrasiya: təsviri incəsənət, 0.0.0. 
İş forması: böyük və kiçik qruplarda iş
Texnikalar: klaster, beyin həmləsi, fasiləli oxu, müsahibə,  müzakirə
Resurslar: poçt qutusu şəkli,  Mirzə Cəlilin şəkli, vikipediyadan  "Poçt qutusu"na aid 1967-ci ildə Mirzə Cəlilin eyni adlı əsərinə çəkilmiş kinofilmdən  bir epizodu əks etdirən şəkil.
         Dərsin təlim nəticələri:
1. Hekayəni ideya-məzmununa uyğun ifadəli oxuyur.
2. Hekayəni hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.
3. Bədii əsərlə bağlı fikirlərini aydın və ardıcıl şərh edir. 
4. Müzakirələrdə ümumi rəyə gəlmək bacarığını nümayiş etdirir.
5. Mövzu ilə əlaqədar fikirlərini məntiqi ardıcıllıqla şərh edir.
        
Dərsin tipi: induktiv(yeni bilik verən dərs).
(I variant)
Dərsin mərhələlərinə görə təxmini vaxt bölgüsü:
1.      Sinfin təşkili və ev tapşırıqlarının
yoxlanması.................................................3 dəq
2.      Motivasiya .................................................3 dəq.
3.      Fasiləli oxu...............................................12 dəq.
4.      Tədqiqatın aparılması...............................5-7 dəq.
5.      Məlumat mübadiləsi.............................. 5- 8 dəq
6.      Məlumatın müzakirəsi və təşkili...............3 dəq.
7.      Nəticənin çıxarılması.................................2 dəq.
8.      Yaradıcı tətbiqetmə................................... 5 dəq.
9.      Qiymətləndirmə və ev tapşırığının
     verilməsi.................................................2 dəq.
             Cəmi: 45 dəq.
1. Sinfin təşkili və ev tapşırıqlarının yoxlanması.
2. Motivasiya. Mövzunun tapdırılması üçün üç variant təklif edirik. Onların birindən istifadə oluna bilər.
A) "Dünyada o insanı bədbəxt saymaq olar ki, ömrünü avamlıqla başa vurur".
B) "Avamlıqdan, biliksizlikdən insanın başına çox bəla­lar gələ bilər".
C)  Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
"Poçt qutusu" (1967) filmindən kadrlar(internetdən)
Cümlələrdən biri sinifdə səsləndirilir və şagirdlərdən soruşulur. Bu cümlədə ifadə olunan fikrə necə münasibət bəsləyirsiniz? Fikrinizi əsaslandırmağa çalışın. Sizcə, insan necə ömür sürməlidir ki, o, bədbəxt olmasın?(biz burada birinci cümlədən istifadə edərək dərsə başladıq). ... Şagirdlərin cavabları dinlənildikdən sonra  müəllim yenidən belə bir sual verir:  Deməli, bu cümlədə nədən danışılırdı? Şagirdlər avamlıqdan sözünü qeyd edirlər. Müəllim: onda bizim bugünkü mövzumuz nə barədə ola bilər?  Şagirdlər: yəqin ki avamlıq barədə. Müəllim bildirir ki, uşaqlar, siz, doğru buyurdunuz. Bu gün biz avamlıq barəsində danışacağıq.
Müəllim bu sözləri deyə-deyə mövzunun adını dəqiq şəkildə lövhəyə qeyd edir: C. Məmmədquluzadənin "Poçt qutusu" hekayəsinin məzmunu üzərində iş. 
Sonra müəllim tədqiqat suallarını səsləndirərək lövhəyə yazır.
Tədqiqat sualı: 
1."Poçt qutusu" hekayə­sində nədən söhbət açıla bilər?
2. Hekayəni hansı hissələrə bölmək olar? Onun məzmununu necə yığcam söyləmək olar?
Birinci suala dair şagirdlərin ilkin ehtimalları alınır və lövhəyə qeyd olunur. Sonra müəllim  ikinci sual barəsində bildirir ki, onun cavabını iş prosesində aydınlaşdırmaq lazım gələcəkdir. Sonra müəllim fasiləli oxu üsuluna müraciət edir.
3. Fasiləli oxu.
Müəllim bildirir ki,  İndi gəlin dediklərinizin nə dərəcə doğru olduğunu yoxlamağa çalışaq. Bunun üçün əsəri oxumağa başlayıram. Siz də kitablarınızdan məni izləyin.
Müəllim əsərin birinci hissəsini oxuyub fasilə edir. Şagirdlərin ilk təəssüratlarını alıb bu hissədə nədən söhbət getdiyini soruşur. Sonra əsas sualı qoyur: Sizcə, əhvalat bundan sonra necə davam edəcək? Nəyə əsasən belə düşünürsünüz?. Bir neçə şagirdin fikirləri alınır və ikinci hissənin oxusuna başlanır. İkinci hissənin oxusu bitən kimi  yenə də şagirdlərin təəssüratı alınır, oxunmuş hissədə nədən söhbət getdiyi aydınlaşdırılır və yenə də əsas sual qoyulur: Sizcə, hadisələr necə davam edəcək? Nəyə əsasən bu cur düşünürsünüz? Şagirdlərin yenə də ehtimalları alınır və eyni iş növbəti hissələrin oxusunda da davam etdirilir(fasilələr üçün əsas ölçü bitkin hissələrdir).  Sonuncu hissənin oxusuna başlanmazdan əvvəl isə sual bu cür qoyulacaq: Sizcə, əsər necə tamamlanacaq? Nəyə əsasən belə düşünürsünüz?
Oxu  tamamlandıqdan sonra ümumi təəssüratı aşkar çıxaran qısa müsahibə aparılır.  Kinofilmdən  götürülmüş şəkil sinifdə nümayiş olunur və onun əsərin hansı yerinə aid olduğu soruşulur.
4. Tədqiqatın aparılması. Məzmun üzrə ümumi sorğu bitdikdən sonra dərsin məqsədində əksini tapan standartların reallaşması üçün qrup tapşırıqları verilir.
1-ci qrup: Əsərdən verilmiş parçanın ifadəli oxusunu həyata keçirin.
2-ci qrup: Əsərin planını tərtib edin.
3-cü qrup: Əsərin məzmununu yığcam nağıletməyə hazırlayın.
4-cü qrup: Əsərdən xoşunuza gələn yerləri seçin və qarşında nə üçün bu yeri seçdiyinizi qeyd edin.
5-ci qrup: Siz, bu hekayəni necə tamamlayardınız?
5. Məlumat mübadiləsi. Qrupların təqdimatları dinlənilir. Əgər sual yaranarsa, təqdimatçı onu cavablandırır. Təqdimatlar bitdikdən sonra onlara qiymət verilir.
6. Məlumatın müzakirəsi və təşkili. Təqdimatlarda əksini tapmış məsələlərə ümumiləşdirici nəzər salınır və oradakı fikirlərə qruplaşdırılır. Nələrin əldə edilməsinə şagirdlərin diqqəti cəlb olunur və yekun qənaətə gəlinir. Bu zaman hədəf götürülməlidir: a) əsərdə nə barədə söhbət getdi, b) əsər hansı  hissələr bölündü və necə adlandırıldı, c) əsərin ifadəli oxusu necə oldu, d) əsərin məzmununun yığcam nağıl edilməsi necə baş tutdu, e) əsərin tamamlanması üçün təklif olan variant necə alındı. Alınan fikirlər ümumiləşdirilir.
7. Nəticənin çıxarılması. Ümumiləşmiş fikirlə tədqiqat sualına verilmiş ilkin fərziyyələr tutuşdurulur və nələrin təsdiq, nələrin yeni olduğu aydınlaşdırılır. Beləliklə, yeni bilik əldə edilir.
8. Yaradıcı tətbiqetmə. Şagirdlərə tapşırıq verilir: Əsərin məzmununu əks etdirən klaster qurun.
9. Qiymətləndirmə və ev tapşırığının verilməsi.
- Əsərin məzmunu öyrənin.  Əsərin məzmununa uyğun atalar sözləri yazın. Fikrinizi əsaslandırın.

II variant

Dərsin mərhələlərinə görə təxmini vaxt bölgüsü:
1.      Sinfin təşkili və ev tapşırıqlarının yoxlanması...5 dəq
2.      Motivasiya .........................................................3 dəq.
3.      Tədqiqatın aparılması.........................................9 dəq.
4.      Məlumat mübadiləsi........................................ 10 dəq.
5.      Məlumatın müzakirəsi və təşkili........................7 dəq.
6.      Nəticələrin çıxarılması.......................................5 dəq.
7.      Yaradıcı tətbiqetmə...........................................3 dəq.
8.      Ev tapşırığının verilməsi....................................3 dəq.
Cəmi: 45 dəq.
Dərsin motivasiya mərhələsindəki işlər eyni ilə saxlanılır. Növ­bəti mərhələdən iş bu cür davam etdirilir:
2. Tədqiqatın aparılması.
 Müəllim şagirdləri qruplara 5 qrupa bölür. Hər qrupa tapşırıq verilir, icra vaxtı və iş qaydası elan edilir.
Qrup  tapşırıqları:
1.      Əsrin birinci hissəsinin planın tərtib edin.
2.      Hekayədən bir parçanı ifadəli oxuya hazırlayın və ifadəli oxuyun.
3.      Hekayəni ikinci hissəsinin planını tərtib edin, məzmununu yığcam formada nağıl etməyə hazırlayın.
4.      Novruzəli hərəkətlərini ardıcıllıqla düzməyə çalışın və bunu əsaslandırın.
5.      Hekayədəki  başlıca fikri nədir? Fikrinizi əsaslandırın.
4. Məlumat mübadiləsi.
Qruplar tapşırıqlarının məzmunu və nəticələri ilə yoldaşlarını tanış etməyə başlayırlar. Digər qruplardan suallar olarsa, ona cavab verirlər. Şagirdlərin təqdimatları qiymətləndirilir.
5. Məlumatın mübadiləsi və təşkili(sistemə salınması).
Bu mərhələdə təqdimatlara nəzər salınır. Onlarda əks olunan məlumatların ümumiləşdirilməsi və yekunlaşdırılması baxımından müvafiq işlər görülür. Bunun üçün müəllim yardımçı suallardan istifadə edir.
a)      Əsərdəki əhvalat necə başladı və necə davam etdi?
b)      Hekayəni  göstərilən hissələrə bölməyi düzgün qəbul etmək olarmı?
c)      Yoldaşlarınızın ifadə oxusu məzmunu düzgün çatdırdımı?
d)      Xan və Novruzəli barəsində hansı məlumatlar əldə etdiniz?
e)      Hekayədə başlıca fikri nə olduğunu yoldaşlarınız düzmü izah etdilər?
Suallara cavab alındıqdan sonra kinofilmdən götürülmüş şəkil nümayiş olunur və onun əsərin hansı epizodu ilə bağlı ola biləcəyi dəqiqləşdirilir.
Məlumatların ümumiləşdirilməsi, ümumi qənaətin ortaya qoyulması ilə bu mərhələyə yekun vurulur.
6. Nəticələrin çıxarılması. Şagirdlərə müraciət olunur. Tapşırılır ki, indi əldə etdikləri yekun məlumatla ilkin fərziyyələrini tutuşdursunlar. Nələrin üst-üstə düşdüyünü, nələrin isə yeni olduğunu göstərsinlər.
7. Yaradıcı tətbiqetmə.
Sinifdə: Əsərdən aldığınız təəssüratı istənilən bir cümlə ilə ifadə edin.
Evdə: Novruzəli ilə bağlı klaster hazırlamaq. 
1.                 Qiymətləndirmə və ya refleksiya
 Qiymətləndirmə meyarları.
1.İfadəli oxuma.
2.Plan tərtib etmə,
3. Nağıl etmə.
4. Ümumi rəyə gəlmə.
4. Başlıca fikri anlama.




[1] Köhnə proqramda bu mövzu V sinifdə keçilirdi. Siz işin təşkili metodikasını müşahidə edin.

Комментарии

Популярные сообщения из этого блога

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

Fəal(interaktiv) təlim

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)