TTİMY texnologiyalı məzmun dərsi. icmal nümunəsi


            a) TTİMY texnologiyası əsasında əsərin
məzmunu üzərində işin təşkili
(nümunə)

Bu cür dərslər üç mərhələdən ibarətdir və onların hər birinin öz vəzifəsi olur. Siz bunlar barəsində müəyyən məlumatlara maliksiniz. Belə dərslər 45 dəqiqəni əhatə etməlidir və burada müxtəlif iş formalarından(fərdi, kiçik, böyük) istifadə olunmalıdır 
Dərsi planlaşdırarkən standartlara, texnikalar, iş formaları, resurslar, dərsin təlim nəticələri , dərsin təxmini vaxt bölgüsü qeyd olunmalıdır.  İş prosesini izləmək baxımından bu nümunəyə də nəzər salın.
V sinifdə Ə. Cəmilin "Can nənə, bir nağıl de" şeirinin bu texnologiya ilə tədrisində dərsi aşağıdakı kimi planlaşdırmaq olar:
Mövzu: Ə. Cəmilin "Can nənə, bir nağıl de" şeirinin məzmunu və təhlili
Standart: 1.1.1., 1.1.2., 1.1.3., 1.1.5., 1.2.2., 1.2.3., 2.2.1., 3.1.1.
İş forması:  fərdi, kiçik və ya böyük qruplarla iş.
İş üsulu: müzakirə, müsahibə, açıq suallar.
Resurslar:  şəkillər,  dərslik.
Dərsin təlim nəticələri: (məqsədlər aydın və qısa şəkildə sıralanaraq yazılır)
1. Tanış olmayan sözlərin mənasını lüğətdən istifadə etməklə aydınlaşdırır
2. Şeiri məzmununa uyğun ifadəli oxuyur
3. Şeirin məzmununu yığcam (geniş) nağıl edir.
4. Şeirdə bədii təsvir vasitələrini müəyyənləşdirir.
5.Şeirdəki obrazların başlıca xüsusiyyətlərini aydınlaşdırır, əsaslandırılmış münasibət bildirilir.
6. Şeirdəki bədii təsvir vasitələrinin rolunu aydınlaşdırır.
7. Müzakirələrdə söylənilən fikirlərə münasibət bildirir.
8. Şeirin məzmununa, başlanğıcına, sonluğuna  fərqli münasibət bildirir.
Dərsin mərhələləri və təxmini vaxt bölgüsü:
1. Sinfin təşkili və ev tapşırıqlarının yoxlanması.... 3 dəq.
2. Düşünməyə yönəltmə........................................ 9 dəq.
3. Dərketmə...........................................................15 dəq.
4. Düşünmə...........................................................15 dəq.
5. Qiymətləndirmə və ev tapşırıqığı........................3 dəq. 
Cəmi: 45 dəq.
1. Sinfin təşkili və ev tapşırıqlarının yoxlanması.
2. Düşünməyə yönəltmə
-"İnsan həyatında nağılın rolu" mövzusunda essenin yazılması(4-5 dəq.). Yazıların dinlənilməsi(seçmə yolla, 6-7 nəfərin yazısı dinlənilir və alqışlanılır.
Yardımçı suallar:
1. Nağılları nə xoşa gələn edir?
2. İnsan həyatını nağıllarsız təsəvvür etmək olarmı?
Tədqiqat sualı:
1. Şeirdə nədən söhbət gedə bilər?
2. Onu necə ifadəli oxumaq, qəhrəmanlarını necə dəyər­ləndirmək, məzmunun necə nağıl etmək olar?
3. Dərketmə
- Şeir müəllim tərəfindən ifadəli oxunur. Arada fasilə edilir və sinfə müraciət olunur: - Sizcə, nənə nəvəsinə nağıl danışacaqmı? Nəyə görə belə düşünürsünüz?
Şeirin müəllim tərəfindən ilk  oxusu başa çatdıqdan sonra ilkin təəssüratı aşkara çıxaran qısa müsahibə aparılır:
- Şeir Sizdə necə təəssürat oyatdı? Nəyə görə bu qənaətə gəldiniz?
- Şeirin şagirdlər tərəfindən oxusu təşkil olunur. 2-3 nəfərin tanışlıq oxusundan sonra mətn üzərində işə başlanılır. Bunun üçün məzmunun dərkedilməsinə və təhlil işinə xidmət edən suallardan istifadə olunur. Bu prosesdə standartların reallaşdırılması üçün onların məzmununa dair sual və tapşırıqlar da işə qoşulur. Mətn üzrə iş tamamlandıqdan sonra onun ifadəli oxusu həyata keçirilir. Bu zaman yarış da təşkil oluna bilər. 
4. Düşünmə.
Təhlil və tətbiq xarakterli suallardan istifadə:
- Siz şeirə hansı adı seçərdiniz? Nəyə görə?
- Şair bu şeir vasitəsilə nəyi aşılamaq istəyir?
- Obrazlara Siz necə münasibət bildirərdiniz?
-Şairin özünə Sizdə hansı münasibət yarandı və nəyə görə?
 Alınan cavablar ümumiləşdirilir və "Nəvənin nağıl dünyası nə ola bilər?" mövzusunda ""Esse" yazdırılır. 5-6 nəfərin yazısı dinlənilir
Dərsdə fərqlənənlər qiymətləndirilir (formativ qiymətləndirmə)
4. Qiymətləndirmə və ev tapşırığı: Şagirdlərin fəaliyyəti aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
-ifadəli oxuma
-nağıletmə
-rolunu müəyyənləşdirmə
- münasibət bildirmə
Evdə iş: Mətnin məzmununa uyğun gələn söz və ifadələrin seçilməsi(nənə, nəvə barəsində müsbət anlamlı söz və ifadələr).





Комментарии

Популярные сообщения из этого блога

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

Fəal(interaktiv) təlim

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)