Yazıçının həyatı mövzusunun tədrisi nümunəsi(XI sinif)


XI sinif


Mövzu:  C. Məmmədquluzadənin həyatı[1]
Standartlar: (ümumiyyətlə kursda  buna dair standartlar yoxdur)
Inteqrasiya: Tarix. 
Texnikalar: klaster, beyin həmləsi, müzakirə
Iş forması: böyük və kiçik qrupda iş
Resurslar (təchizat): filmdən parça, musiqi, proyektor(və ya telefondan görüntünün nümayişi).
Dərsin təlim nəticələri:
a) Sənətkarın hansı bir ömür yolu keçməsinə münasibət bildirir,
b) Sənətkarın ədəbi, ictimai fəaliyyətinin mənasını izah edir,
c) Vətən, millət, xalq, ziyalı anlayışlarının  Mirzə Cəlilin ömür yolundakı izlərinə münasibət bildirir,
d)  Fikirlərini əsaslandırır, fakt və hadisələrə münasibət bildirir.
Üsul: Beyin həmləsi, BİBÖ, müsahibə, müzakirə
Dərsin tipi: induktiv
Təchizat: şəkil – Mirzə Cəlil, Həmidə xanım; internet resursları(YouTube–"C. Məmmədquluzadə")
          

Dərsin mərhələlərinə görə təxmini vaxt bölgüsü:
1. Sinfin təşkili və ev tapşırıqlarının yoxlanması ...3 dəq.
2. Motivasiya.......................................................... 4 dəq.
3. Tədqiqatın aparılması......................................... 7 dəq.
4. Məlumat mübadiləsi..........................................10 dəq.
5. Məlumatın müzakirəsi və təşkili...................... ..7 dəq.
6. Nəticələrin çıxarılması..................................... ..4 dəq.
7. Yaradıcı tətbiqetmə.......................................... ..7 dəq.
8. Qiymətləndirmə və ev tapşırığının verilməsi......3 dəq.
       Cəmi: 45 dəq.
Dərsin gedişi:
1. Motivasiya.  Birinci şəkil göstərilir və onun altında belə bir cümlə oxunur: "Qələmin müqəddəs vəzifəsi xalqına xidmət eləməkdir"(Cəlil Məmmədquluzadə). Şagirdlərdən soruşulur:  Verilmiş cümləyə münasibət bildirin. O, sizdə nə kim təəssürat oyatdı? Fikrinizi əsaslandırın. - Uşaqlar, bu dərsimizdə, Sizcə, kimdən söhbət gedəcəkdir? Şagirdlər  Mirzə Cəlil sözünü qeyd edirlər(İp ucunu kəlamın Mirzə Cəlilə aid olduğunu bildirən sözlər verir).
Müəllim BİBÖ cədvəlindən istifadə etməklə şagirdlərin iştirakı ilə  əvvəlcə birinci, sonra isə ikinci qrafanı doldurur(Şagirdlər aşağı siniflərdə , eləcə də VIII sinifdə onun barəsində bir qədər geniş məlumat almışlar. Ona görə də BİBÖ cədvəlindən istifadə olunması məsləhətdir – F.Y.).
Sual:   -  Uşaqlar, Mirzə Cəlil haqqında biz nə bilirik?

Bilirik:
İstəyirik bilək(?)
Öyrəndik
.......
---- --- --- -----
 ----  --- ------ ---

İkinci qrafada "açar sözlər"in dəstəyi ilə suallar tərtib edilir və orada qeyd olunur. Şagirdlər müxtəlif cür suallar  tərtib edə bilər. Sonra həmin sualların içərində təxminən aşağıdakı məzmunda olanları  dairə alıb tədqiqat sualı kim elan etmək lazımdır.
Tədqiqat sualı: - Sizcə, bu mətndə Cəlil Məmmədqu­luza­dənin həyat və fəaliyyətini müasirlərindən fərqləndirən hansı keyfiyyətlər barəsində söz açıla bilər?  Şagirdlərin fərziyyələri alınıb lövhəyə qeyd olunduqdan sonra növbəti mərhələyə keçilir.
2. Tədqiqatın aparılması. Qruplara bölünmə işi aparılır. Hər qrup üçün tapşırıqlar təqdim olunur, onun yerinə yetirilməsi qaydası, tapşırığın icrası üçün ayrılan vaxt, qiymətləndirmədə nəzərə alınacaq cəhətlər(meyarlar) izah olunur. Qruplar tədqiqata başlayırlar. Qrup tapşırıqları üçün aşağıdakı suallardan istifadə oluna bilər:
1-ci qrup: Sənətkarın necə bir ömür yolu keçməsini müşahidə edin. Bu materialdan hansı nəticəni çıxarardınız? Cavablarınızı əsaslandıraraq qeyd edin.
2-ci qrup: Sənətkarın bədii irsinin əhəmiyyəti barədə hansı məlumatlara rast  tərcümeyi-halında əksini tapan xronoloji məlumatları sırası ilə qeyd edin.
3-cü qrup: Mirzə Cəlilin Qori seminariyası və müəllimlik fəaliyyətinə dair məlumatlar Sizdə hansı təəssürat buraxdı? Fikrinizi əsaslandırmağa çalışın.
4-cü qrup: Mirzə Cəlilin hüquqi fəaliyyəti, mətbuat dünyasına gəlişi barədə məlumatlar sizdə nə kimi təəssürat oyatdı? Fikrinizi əsaslandırın.
5-ci qrup: Mirzə Cəlil irsinə, fəaliyyətinə sağlığında və ondan sonrakı zamanlarda verilən qiymət necə olmuş və siz onu necə dəyərləndirərdiniz? 
3. Məlumat mübadiləsi. Şagirdlər verilmiş reqlamentə uyğun olaraq(hər qrupun təqdimatı üçün maksimum 2 dəqiqə) öz işlərini bir-bir təqdim edir, onlara sual olarsa, ona cavab verilər. Qrup işlərinin qiymətləndirilməsi həyata keçirilir.
4. Məlumatın müzakirəsi və təşkili(qruplaşdırılması).
Müəllim şagirdlərin diqqətin təqdimatlara cəlb edir, müşahidələr apartdırır, onları arasında rabitələri müəyyən etdirir, materialları müzakirə etdirərək ümumiləşdirməyə nail olur. Bunun üçün aşağıdakı yardımçı  suallardan istifadə oluna bilər:
a)      Uşaqlar, gəlin təqdimatlardakı məlumatlara  nəzər salaq. Oradakı fikirləri ümumiləşdirməyə çalışaq. Bu təqdimatlar nəzərən belə bir suala cavab tapaq. Sizcə, o, necə ömür yolu seçmişdi?
b)      Bu ömür yolunun seçilməsində ondan asılı olan və olmayan hansı məqamları xüsusi qeyd edərdiniz? O həyatda mövcud oldu, yoxsa, bu ömrü yaşadı?
c)      Ola bilməzdimi ki, sadəcə müəllimlik fəaliyyətini edə idi? Nə üçün bu fəaliyyəti ilə kifayətlənmədi?
d)      Onu başqa cür yaşamağa sövq edən hansı qüvvə idi? Həmin qüvvəyə Siz necə münasibət bildirərdiniz?
e)      Hər bir insan həyatda öz ömrünü yaşayır. Bəzən insanın iradəsindən asılı olmayan elə bir mühit olur ki, o, məcburən bu cür çərçivələri sındırıb kənara çıxa bilmir. Sizcə, Cəlil Məmmədquluzadə o çərçivələrə sığdımı?
f)        Onun fəaliyyəti sağlığında və ölümündən sonra necə qiymətləndirilmişdir? Bu fakta münasibət bildirin. Nəyə təəssüflənir, nəyi bəyənir, nəyin isə belə olmasını istəməzdiniz?
g)      Bu ömür yolundan hansı dərsləri götürmək mümkündür? Nə bizə gərəkli, faydalı ola bilərdi?
Verilmiş suallar əsasında ümumiləşdirmə aparılır və yekun qənaət ortaya qoyulur. Bu qənaətdə şəxsiyyəti, ədəbi-ictimai fəaliyyəti, vətən və millət fədaisi olması, mənalı və zəngin ömür yolu keçməsi vurğulanır. Sənətkarın ömür-gün yoldaşı Həmidə xanımın şəkli nümayiş etdirilir.
5. Nəticələrin çıxarılması.  Müəllim yekun qənaətlə motivasiya mərhələsində irəli sürülən tədqiqat sualına və ona verilən ilkin cavablara – fərziyyələrə şagirdlərin diqqətini cəlb etdirir. Nələrin təsdiq, nələrin isə yeni olunduğunu onlardan soruşur. Şagirdlər hər iki məlumatı tutuşdurur, müqayisə aparır və nəticə çıxarırlar. BİBÖ cədvəlinə qayıdılır hansı suallara aydınlıq gətirildiyi "+" işarəsi ilə qeyd olunur. Nələrin isə yeni olduğu "Öyrəndik" qrafasının altında qeyd olunur. Beləliklə,  yeni bilik əldə edilmiş olur.
6. Yaradıcı tətbiqetmə.  Sinifdə: Mirzə Cəlillin həyatına dair klaster tərtibi. Evdə: "Sənətkar və zaman" mövzusunda esse yazmaq.
7. Qiymətləndirmə(Refleksiya) və ev tapşırıqlarının verilməsi. 


?!
1.      Tərcümeyi-hal materiallarının tədrisi əhəmiyyəti nədir?
2.      Məktəbdə bu materiallar necə öyrədilməlidir?


  1.  



[1] Yeni kursda həyatı, yaradıcılıq yolu başlığı altında təqdim olunur.

Комментарии

Популярные сообщения из этого блога

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

Fəal(interaktiv) təlim

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)