Сообщения

ƏTM sillabus, 2019-2020-ci tədris ili

                                                                       AZƏRBAYCAN   RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ “Təsdiq edirəm”   Kafedra müdiri:   dos Nazilə Abdullazadə Protokol   № _1_ Tarix:   5 fevral   2020-ci il FAKÜLTƏ: Filologiya KAFEDRA: Ədəbiyyatın tədrisi texnologiyası Ədəbiyyatın tədrisi metodikası fənni üzrə   işçi tədris planı (sillabus) Bakı - 2020 İxtisas (kodu): 050101 - Azərbaycan dili və ədəbiyyatı müəllimliyi Qrup: 304, 305, 306 Bölmə: Azərbaycan I.               Müəllim haqqında məlumat:   Yusifov Fəxrəddin Allahverdi   oğlu, pedaqogika üzrə fəlsəfə doktoru, dosent   II.             Məsləhət günləri və saatları: I - V günlər     saat     14.00 -dan    17-30-a dək III.            Elektron poçt: yusifovf56@bk.ru İşçi   tel

Protokol nümunəsi

Protokol nümunəsi Protokol № 1 . 28 fevral 2020-ci ildə Nəsimi rayonu M. Hüseynzadə adına tam orta məktəbdə   pedaqoji təcrübə keçən IV kurs 402-ci qrup tələbəsi Əliyeva Çiçəyin VIII­­­­­­­­ Ç ­   sinfində ədəbiyyat fənnindən   keçdiyi sınaq dərsinin müzakirəsinə həsr olunan iclas keçirildi.   İştirak etdilər: 13 nəfər tələbə (müzakirədə neçə tələbə iştirak edirsə, onların sayı göstərilir), fənn müəllimi   (adı və soyadı), pedaqoq (əgər müzakirədə iştirak edirsə, adı və soyadı yazılır, etmirsə, fənni, adı və soyadı yazılmır), psixoloq (əgər müzakirədə iştirak edirsə, adı və soyadı, etmirsə, fənni, adıvə soyadı yazılmır), metodist (adı və soyadı)     ( Aydın oldumu?) İclasın sədri:                            metodist (ad və soyad göstərilir)           İclasın katibi:                                 təcrübəçi tələbə (adı və soyadı göstərilir. Unutmayın iclasın katibi başqa tələbə olmalıdır. Dərsi keçən tələbə yox) İclasın gündəliyi: Yusubova Gültəkinin VIII­­­­­­­

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)

Təsdiq edirəm:              metodist, dos. F. Yusifov                     21 fevral 2020-ci il ADPU-nun filologiya fakültəsi əyani şöbəsinin IV kurs 402-ci  qrup tələbəsi Əliyeva Günayın Xətayi rayonu  A. Məhərrəmov adına  95 № li  tam orta məktəbin V a sinfində 21 fevral 2020- ci ildə ədəbiyyat fənnindən keçəcəyi sınaq dərsinin                              İCMALI növbəti səhifədən Mövzu : A. Səhhətin "Vətən" şeirinin məzmunu Standartlar : 1.1.1; 1.1.2; 1.1.3; 2.1.2; 3.1.2. Inteqrasiya : Tarix, 0.0.0.  Texnikalar : klaster, beyin həmləsi, müzakirə İ ş forması : böyük və kiçik qrupda iş Resurslar (təchizat): Yutubdan "Qarabağ bülbülləri" filmindən parça, musiqi...

Fəal təlimdə iş formaları

Fəal(interaktiv) təlimdə istifadə olunan  iş formaları   İş formaları dərsin əvvəlində də, tədqiqatın işlərinin   təşkilində də, digər dərs   mərhələsində istifadə oluna bilər. Dərsin mövzusu və məqsədindən asılı olaraq tədqiqat işləri aparılır. Bu tədqiqat işləri xarakterinə görə bir   nəfərlə, eləcə də bir neçə nəfərin birgə iştirakı ilə aparıla bilər. Ona görə də tədqiqat işlərinin müxtəlif formalarda təşkil edilməsi məsələsi ortaya çıxır. Fəal(interaktiv) dərslərdə   istifadə olunan iş formaları bunlardır: 1. Fərdi iş – tapşırığın icrası bir nəfər aid olur. Şagird qoyulmuş sualını cavabını bir dəftər vərəqinə qeyd edir. Tələb olunan anda yazdıqlarını oxuyur, onun məzmunu ilə sinif yoldaşlarını tanış edir. Dərsin motivasiya, yaradıcı tətbiqetmə mərhələsində geniş istifadə olunur. Deməli, bir nəfərə üçün nəzərdə tutulan iş formasıdır formadır                                                                     

ƏTM-dən Sərbəst işlər

№ ƏTM-dən  Sərbəst işin mövzuları Sərbəst işin təhvil verilməsinin son tarixi Qiymətləndirmə üsulu 1 Ədəbiyyat fənnin məzmunu və öyrədilməsi sistemi 10-cu həftənin sonu Referat, şifahi sorğu, təqdimat 2 Fəal(interaktiv)   dərsin mərhələləri (iş nümunəsi ilə) 10-cu həftənin sonu Referat, şifahi sorğu, təqdimat 3 Fəal dərsin mexanizmlərinin şərhi 10-cu həftənin sonu Referat, şifahi sorğu, təqdimat 4 Ədəbiyyat dərslərində cari planlaşdırma (iş nümunəsi) 10-cu həftənin sonu Referat, şifahi sorğu, təqdimat 5 Ədəbiyyat dərslərində motivasiyanın qurulması (iş nümunəsi) 10-cu həftənin sonu Referat, şifahi sorğu, təqdimat 6 İnduktiv dərslərin təşkili (iş nümunəsi) 11-ci   həftənin sonu Referat, şifahi sorğu, təqdimat 7 Deduktiv dərslərin təşkili(iş nümunəsi) 11-ci həftənin sonu Referat, ş

ƏTM-dən imtahan sualları

ƏTM-dən imtahan sualları(2019-20-ci tədris ili) ƏTM-in predmeti, şöbələri ƏTM-in əməkdaşlıq etdiyi elm   sahələri Ədəbiyyat tədrisinin prinsipləri ƏTM-in tədqiqat üsulları ƏTM-in tədrisi tarixi Təhsil sahəsində islahatların aparılmasını zəruri edən şərtlər "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları(kurikulumları) sənədi: dövlət standartı bölməsində əhatə olunan məsələlər "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları(kurikulumları) sənədi: təhsil proqramı(kurikulum) bölməsində əhatə olunan məsələlər "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları(kurikulumları) sənədi: ümumi təhsilin məzmunu başlığında əhatə olunan məsələlər "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları(kurikulumları) sənədi: təhsilverənlərin   keyfiyyət göstəriciləri və təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi barədə ümumi məlumat "Ümumi təhsil pilləsinin dövlət

Metodik düşüncələrimiz

Düşüncələrimiz Ədəbiyyatın tədrisi məsələləri son illərdə yenidən aktuallaşmağa başlamışdır. Bir sıra "mütəxəssislər" uydurma prob­lem yaradıb dərhal da onu həll etməklə özlərinin belə bir icadlarına həddən ziyada vurulurlar. Bu vurğunluq bəzən elə bir həddə çatır ki, az qala tərcümeyi-hal, icmal, iri həcmli əsərlərin öyrədilməsi və daha nələrin məktəbə gətirilməsinə etirazlar başlanır. Bir sözlə, ədəbiyyat məktəbdə olsun, olmasın?  Dəhşətlisi də burasındadır. Min illik ədəbiyyat, bağışla, biz səni müstəqil surətdə də öyrənə bilərik, məktəbdə sən olmasan da olar. Sənətkarların tərcümeyi-halı nəyə gərək? Nə olsun ki, onlar canlı tariximizlə yol yoldaşıdırlar? Ağırdırlar, şagirdləri "gərəksiz" illərlə yükləyir və o, çətinliklə mənimsənilir. C. Cabbarlı, M. Hüseyn, M. İbrahimov bizi bağışlayın, daha gərəkli deyilsiniz. Şagirdlərimizin "kövrək" təfəkkürü Sizləri qavramaq imkanında deyil və s. və i.a. Ədəbiyyat tədrisi metodikası fənni ədəbiyyatımızın və