Сообщения

Yazıçının tərcümeyi-halının tədrisinə dair

tərcümeyi-hal materiallarının  tədrİsİ Ədəbiyyat proqramına daxil olan mövzuların bir qismini də tərcümeyi-hal materialları təşkil edirdi. Yeni kursda tərcümeyi-hal materialları "....həyatı , yaradıcılıq yolu" ilə əvəzlənmişdir. Hazırda sənətkarın həyatı və yaradıcılıq yolunun layihə formasında birlikdə nəzərdən keçirilməsi doğru hesab edilmişdir. Biz də bu yanaşmanı məqbul hesab edirik. Onsuz da dərsliklərdəki məlumatlarda sənətkarın həyatından danışılanda bədii irsini də onun gözünə qatırdılar.   Bu qrup   mövzuların da   orta məktəbdə öyrənilməsinin çox böyük təlim-tərbiyəvi əhəmiyyəti vardır. Yeni təhsil proqramının tələbi ilə yazılan dərslik komplektində - müəllim üçün vəsaitdə bu tipli materialların öyrədilməsinə bir saat vaxt ayrılmışdır. Həmin başlıq altında olan mövzular X-XI siniflərdə yerləşdirilmişdir. Sənətkarın həyatı   və yaradıcılıq yolu ilə bağlı   materialları proqrama nə üçün daxil edilir və onların tədrisində hansı vəzifələri yerinə yetirmək nəz

Sənətkar yaradıcılığının ümumi mənzərsinə aid mövzuların tədrisi

Sənətkarın yaradıcılığının ümumi mənzərəsinə  aid icmallar Hər  hansı bir sənətkarın  yaradıcılığının ümumi mənzərəsini təsvir etməyə və şagirdlərə çatdırmağa çalışan icmallar  daha çox yuxarı siniflərdə(X-XI siniflərdə) monoqrafik mövzuların tərkibində özünü göstərirdi. Həmin icmallar monoqrafik şəkildə öyrənilən sənətkarın bədii irsi barədə şagirdlərə ümumi məlumat verməyi qarşısına məqsəd qoyurdu. Onun  əsas vəzifəsi bu irsdə əksini tapan əxlaqi-mənəvi dəyərləri və yazıçının sənətkarlıq keyfiyyətlərini dolğunluğu ilə şagirdlərə çatdırmaq, onlara sevdirmək idi. Yeni kursda bu material " sənətkarın həyatı, yaradıcılıq yolu" kimi layihə formasında təqdim olunur və təxminən eyni məqsədə xidmət göstərir. Onun tədrisi üçün bir saat vaxt ayrılır. Buradakı mövzu ətrafında şagirdlərin araşdırma aparmaqları, mətnlərin kənarlarında qoyulan sualları cavablandırmaları, əldə etdikləri bilikləri təqdim etmələri və həmin biliklərlə dərslikdəki materialları tutuşdurmalı olduql

Tarixi-ədəbi icmal mövzusunun tədrisi: icmal nümunəsi

X sinif tarixi-ədəbi icmal mövzusunun tədrisinə dair  icmal nümunəsi   Mövzu : "Qədim dövr Azərbaycan ədəbiyyatı"(Ən qədim zamanlardan XIII əsrə qədər)(layihə). [1] Standartlar : 1.1.1., 1.1.4., 1.2.4., 2.2.1., 3.1.2. Inteqrasiya : Tarix, 0.0.0.   Texnikalar : klaster, beyin həmləsi, müzakirə Iş forması : böyük və kiçik qrupda iş Resurslar (təchizat): filmdən parça, musiqi... Dərsin təlim nəticələri: 1.       Mətndə, əsərdə tanış olmayan sözlərin mənasını mənşəyinə və işlənmə məqamına görə izah edir. 2.       Bədii nümunələrdə əksini tapan mühüm mənəvi, əxlaqi-etik dəyərləri müəyyənləşdirir. 3.       Bədii nümunələrin mövzusunu, ideya-bədii xüsusiyyətlərini bağlı olduğu dövrün sosial-siyasi, mənəvi dəyərləri   baxımından təhlil edir və nəticə çıxarır. 4.       Müzakirələrdə mövzuya, problemə, yazıçı   mövqeyinə, tənqidi münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir. 5.       Müşahidələrinə, əlavə məlumatlara əsaslanmaqla ə

Tarixi-ədəbi icmal VIII sinifdə

VIII sininfdə tarixi-ədəbi icmal QƏDİM DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI Azərbaycanda ən qədim zamanlarda yaranan ədəbiyyat və mədəniyyət nümunələri sonrakı dövrlərə gəlib çatmamışdır. VII əsrdə Azərbaycanın ərəblər tərəfindən işğal olunması sənətkarlarımızın ərəb dilində yazıb-yaratmalarına səbəb oldu. XI əsrin ortalarından Azərbaycanda farsca yazmaq ənənəsi başlayır. Hökmdarların fars dilinə üstünlük verməsi, bu dildə yazanlara qayğı göstərməsi həmin ənənənin uzun illər davam etməsi ilə nəticələnir. XI yüzillikdə ərəbcə yazan şair və alimlərimiz olsa da, farsca yazanların sayı get-gedə çoxalır və bu yeni ənənə möhkəmlənir. XI–XII əsrlərdə yazılı ədəbiyyat, əsasən, saraylarda yaşayan sənətkarlar tərəfindən yaradılırdı. Onların əsərləri daha çox hökmdarların mədhinə – tərifinə həsr  olunurdu. Həmin dövrdə fərqli məzmunda əsərlər də yaranırdı. Təbiətin, saf məhəbbətin tərənnümü, əmək adamlarına, sadə peşə sahiblərinə rəğbət, zəmanə hökmdarlarından narazılıq və s. əks olunduğu əsərl

İcmal mövzularının öyrədilməsi

İcmal mövzularının  öyrədİlməsİ Ədəbiyyat fənninin məzmununa daxil olan mater­i­allardan bir qismini də   icmal mövzuları təşkil edır. Bir qədər əvvəl barəsində müəyyən qədər təsəvvür əldə etmişdiniz. İcmal mövzuları tutduqları yer­dən asılı olmayaraq geniş təlim-tərbiyə imkanlarına malikdirlər. Onlar ya kursun başlanğıcında   onun məzmununa dair ümumi təsəvvür verir,   ya geniş şəkildə öyrəniləcək hər hansı bir əsərin daha düzgün anlaşılmasına imkan yaradır, ya da bir neçə əsrlik ədəbi-mədəni nailiy­yət­lərimizi xülasə etməklə növbəti mövzuya - tək-tək öyrə­nilə­cək sənətkarların lazımi səviyyədə dərk olunmasına bir bələdçilik edir. İcmal mövzuları məclislərdə səslənən ilk sözü xatırladır. O ilk sözü ki, o söz danışan şəxsin özü barəsində, danışdığı məsələ barəsində iştirakçılarda müəyyən təsəvvür yaradır. Həmin şəxsin ətraf tərəfindən tanınması taleyini həll edir. Görünəni budur ki,   bu ilk sözün məsuliyyəti olduqca böyükdür. Bunu biz giriş sözü kimi də qəbul edə bilərik.

Ədəbiyyat dərsinin növləri. Metodbirləşmələr

ƏDƏBİYYAT DƏRSLƏRİNİN NÖVLƏRİ.  METODBİRLƏŞMƏLƏR Ədəbiyyat kursunun məzmununu əsasən ədəbi əsərlər təşkil edir. Ədəbiyyat dərsinin növlərindən danışanda istər-istəməz öncə bu materialların tədrisinə həsr olunan dərslərə nəzər salmalıyıq. Ədəbi əsərlərin öyrədilməsinə həsr olunan dərslər. Ədəbi əsərlərin seçilib proqrama daxil edilməsində bir çox amillər nəzərə alınır. Onlardan biri də ədəbiyyatdan təlim nəticələrinin əldə olunmasına və məzmun standartlarının reallaşdırılmasına xidmət etmək baxımından ədəbi əsərlərin verdiyi imkanların nəzərə alınmasıdır. Bu rəsmi tələbdir və dərslik siyasəti ilə bağlı rəsmi sənəddə bununla bağlı konkret göstərişlər də verilmişdir. Təlim nəticələrinə və standartların məzmununa əsasən sinfidən-sinfə təqdim olunan əsərlərdə, onların qaldırdığı ideyalarda da fərqlər özünü göstərməyə başlayır. Bunu aydın təsəvvür etmək üçün əvvəlcə   müxtəlif siniflər üzrə standartların təqdim etdiyi janrları nəzərdən keçirək: V sinifdə: - Heca vəznli şeir

Ədəbiyyat müəllimindən tələb olunan keyfiyyətlər

FƏAL/İNTERAKTİV DƏRSLƏRDƏ ƏDƏBİYYAT MÜƏLLİMİNDƏN TƏLƏB OLUNAN KEYFİYYƏTLƏR Ədəbiyyat müəllimi və ümumiyyətlə müəllim hansı keyfiyyətlərə malik olmalıdır sualına hərə bir cür cavab verə bilər. Təbii ki, öncə rəsmi sənədlərimizin    müəllimlərin qarşısına qoyduğu vəzifələri yada salmalıyıq. Bunun üçün Ümumi təhsil pilləsinin dövlət standartı və proqramı(kurikulumları) sənədinin "təhsilverənlərin keyfiyyət göstəriciləri" bölməsini və digər sənədlərin məzmununu bir daha xatırlayın. -         dövrün tələbatına uyğun gələn elmi-nəzəri bilik; -         uşaqlarla ünsiyyət qurma və iş bacarığı; -         əxlaqi-mənəvi keyfiyyət, pedaqoji etika və mədəniyyət; -         əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqları; -         layihə, müsabiqələrdə, innovativ proqramlarda iştirak etmək qabiliyyəti; -         öz fəaliyyətini təqdim etmək, qabaqcıl təcrübədən bəhrələnmək bacarığı; -         ədalətlilik, məsuliyyətlilik, cavabdehlik keyfiyyəti;