Сообщения

Ədəbi əsərlərin öyrədilməsinə ümumi baxış

Ədəbİ əsərlərİn  öyrədİlməsİ Orta məktəb ədəbiyyat kursunun (proqramının) əsas hissəsini ədəbi əsərlər təşkil edir. Dövlətimizin   qarşıya qoyduğu məsul və şərəfli vəzifələr bu əsərlərin tədrisi prosesində həyata keçirilir. Ədəbi əsərlərin təlim-tərbiyəvi imkanları olduqca genişdir. Şagirdyönümlülük, nəticəyönümlülük, inteqrativlik, şəxsiyyətyönümlülük, şagirdlərdə həyati və ünsiyyət bacarıqların formalaşdırılması və inkişaf etdirilməsi, onların mənəvi aləminin zənginləşdirilməsi biz müəllimlərin tədris prosesində bu əsərlərdən necə istifadə etməyimizdən çox asılıdır. Ədəbi əsərlər bir təsadüf olaraq dərsliklərə gətirilmir. Onların hər birinin seçilib dərsliklərə yerləşdirilməsində bir qanunauyğunluq, bir zərurət vardır. Dərslik müəllifləri dövlətin nə istədiyini yaxşı bilir və həmin tələbələri ödəyə biləcək bədii nümunələri dərsliyə daxil edirlər. Rəsmi sənədlərin qarşıya qoyduğu tələblərlə Siz də yaxından tanışsınız. Yəni kimi yetişdirməliyik, o şəxsə hansı bilik, ba

Yazıçının həyatı mövzusunun tədrisi nümunəsi(XI sinif)

XI sinif Mövzu:   C. Məmmədquluzadənin həyatı [1] Standartlar : (ümumiyyətlə kursda   buna dair  standartlar yoxdur) Inteqrasiya : Tarix.   Texnikalar : klaster, beyin həmləsi, müzakirə Iş forması : böyük və kiçik qrupda iş Resurslar (təchizat): filmdən parça, musiqi, proyektor(və ya telefondan görüntünün nümayişi). Dərsin təlim nəticələri : a) Sənətkarın hansı bir ömür yolu keçməsinə münasibət bildirir, b) Sənətkarın ədəbi, ictimai fəaliyyətinin mənasını izah edir, c) Vətən, millət, xalq, ziyalı anlayışlarının   Mirzə Cəlilin ömür yolundakı izlərinə münasibət bildirir, d)   Fikirlərini əsaslandırır, fakt və hadisələrə münasibət bildirir. Üsul: Beyin həmləsi, BİBÖ, müsahibə, müzakirə

Dərs planı: Nəsiminin həyatı və yaradıcılıq yolu (X sinif))

Bir dərsin planı: İ.Nəsiminin həyatı və yradıcılıq yolu X sinifdə İ. Nəsiminin həyatı, yaradıcılıq yolu tədris olunarkən dərsi təxminən aşağıdakı şəkildə planlaşdırmaq olar:   Mövzu:   İmadəddin Nəsiminin həyatı və yaradıcılıq yolu Standartlar : 1.2.4., 2.1.1., 2.2.1., 3.1.2., 3.1.3. Inteqrasiya : Tarix, 0.0.0.   Texnikalar : klaster, beyin həmləsi, Venn diaqramı, T-sxem, müzakirə, Iş forması : böyük və kiçik qrupda iş Resurslar (təchizat): -Nəsimi filmdən parça, musiqi "Etmə gil" rədifli qəzəli. https://yandex.ru/video/search?p=3&filmId=13259442750920529608&text=nəsimi%20filmindən%20musiqi&noreask=1&path=wizard&reqid=1505034865256665-710745628839777460155688-man1-3579-V -Proyektor(və ya görüntünün telefondan izlənilməsi). -Markör və iş vərəqləri.         

Yazıçının tərcümeyi-halının tədrisinə dair

tərcümeyi-hal materiallarının  tədrİsİ Ədəbiyyat proqramına daxil olan mövzuların bir qismini də tərcümeyi-hal materialları təşkil edirdi. Yeni kursda tərcümeyi-hal materialları "....həyatı , yaradıcılıq yolu" ilə əvəzlənmişdir. Hazırda sənətkarın həyatı və yaradıcılıq yolunun layihə formasında birlikdə nəzərdən keçirilməsi doğru hesab edilmişdir. Biz də bu yanaşmanı məqbul hesab edirik. Onsuz da dərsliklərdəki məlumatlarda sənətkarın həyatından danışılanda bədii irsini də onun gözünə qatırdılar.   Bu qrup   mövzuların da   orta məktəbdə öyrənilməsinin çox böyük təlim-tərbiyəvi əhəmiyyəti vardır. Yeni təhsil proqramının tələbi ilə yazılan dərslik komplektində - müəllim üçün vəsaitdə bu tipli materialların öyrədilməsinə bir saat vaxt ayrılmışdır. Həmin başlıq altında olan mövzular X-XI siniflərdə yerləşdirilmişdir. Sənətkarın həyatı   və yaradıcılıq yolu ilə bağlı   materialları proqrama nə üçün daxil edilir və onların tədrisində hansı vəzifələri yerinə yetirmək nəz

Sənətkar yaradıcılığının ümumi mənzərsinə aid mövzuların tədrisi

Sənətkarın yaradıcılığının ümumi mənzərəsinə  aid icmallar Hər  hansı bir sənətkarın  yaradıcılığının ümumi mənzərəsini təsvir etməyə və şagirdlərə çatdırmağa çalışan icmallar  daha çox yuxarı siniflərdə(X-XI siniflərdə) monoqrafik mövzuların tərkibində özünü göstərirdi. Həmin icmallar monoqrafik şəkildə öyrənilən sənətkarın bədii irsi barədə şagirdlərə ümumi məlumat verməyi qarşısına məqsəd qoyurdu. Onun  əsas vəzifəsi bu irsdə əksini tapan əxlaqi-mənəvi dəyərləri və yazıçının sənətkarlıq keyfiyyətlərini dolğunluğu ilə şagirdlərə çatdırmaq, onlara sevdirmək idi. Yeni kursda bu material " sənətkarın həyatı, yaradıcılıq yolu" kimi layihə formasında təqdim olunur və təxminən eyni məqsədə xidmət göstərir. Onun tədrisi üçün bir saat vaxt ayrılır. Buradakı mövzu ətrafında şagirdlərin araşdırma aparmaqları, mətnlərin kənarlarında qoyulan sualları cavablandırmaları, əldə etdikləri bilikləri təqdim etmələri və həmin biliklərlə dərslikdəki materialları tutuşdurmalı olduql

Tarixi-ədəbi icmal mövzusunun tədrisi: icmal nümunəsi

X sinif tarixi-ədəbi icmal mövzusunun tədrisinə dair  icmal nümunəsi   Mövzu : "Qədim dövr Azərbaycan ədəbiyyatı"(Ən qədim zamanlardan XIII əsrə qədər)(layihə). [1] Standartlar : 1.1.1., 1.1.4., 1.2.4., 2.2.1., 3.1.2. Inteqrasiya : Tarix, 0.0.0.   Texnikalar : klaster, beyin həmləsi, müzakirə Iş forması : böyük və kiçik qrupda iş Resurslar (təchizat): filmdən parça, musiqi... Dərsin təlim nəticələri: 1.       Mətndə, əsərdə tanış olmayan sözlərin mənasını mənşəyinə və işlənmə məqamına görə izah edir. 2.       Bədii nümunələrdə əksini tapan mühüm mənəvi, əxlaqi-etik dəyərləri müəyyənləşdirir. 3.       Bədii nümunələrin mövzusunu, ideya-bədii xüsusiyyətlərini bağlı olduğu dövrün sosial-siyasi, mənəvi dəyərləri   baxımından təhlil edir və nəticə çıxarır. 4.       Müzakirələrdə mövzuya, problemə, yazıçı   mövqeyinə, tənqidi münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir. 5.       Müşahidələrinə, əlavə məlumatlara əsaslanmaqla ə

Tarixi-ədəbi icmal VIII sinifdə

VIII sininfdə tarixi-ədəbi icmal QƏDİM DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI Azərbaycanda ən qədim zamanlarda yaranan ədəbiyyat və mədəniyyət nümunələri sonrakı dövrlərə gəlib çatmamışdır. VII əsrdə Azərbaycanın ərəblər tərəfindən işğal olunması sənətkarlarımızın ərəb dilində yazıb-yaratmalarına səbəb oldu. XI əsrin ortalarından Azərbaycanda farsca yazmaq ənənəsi başlayır. Hökmdarların fars dilinə üstünlük verməsi, bu dildə yazanlara qayğı göstərməsi həmin ənənənin uzun illər davam etməsi ilə nəticələnir. XI yüzillikdə ərəbcə yazan şair və alimlərimiz olsa da, farsca yazanların sayı get-gedə çoxalır və bu yeni ənənə möhkəmlənir. XI–XII əsrlərdə yazılı ədəbiyyat, əsasən, saraylarda yaşayan sənətkarlar tərəfindən yaradılırdı. Onların əsərləri daha çox hökmdarların mədhinə – tərifinə həsr  olunurdu. Həmin dövrdə fərqli məzmunda əsərlər də yaranırdı. Təbiətin, saf məhəbbətin tərənnümü, əmək adamlarına, sadə peşə sahiblərinə rəğbət, zəmanə hökmdarlarından narazılıq və s. əks olunduğu əsərl