Сообщения

Ədəbiyyat dərslərində əyanilik

Ədəbİyyat dərslərİndə   əyanİlİk Ədəbiyyat təliminin keyfiyyətini yüksəldən amillərdən biri də dərs prosesinin   əyaniləşdirilməsidir. Təlim materiallarının dərk olunmasında əyaniliyin mühüm əhəmiyyəti vardır. O, şagirdlərin fikri fəallığının təmin olunmasına, biliklərin asan qavranılmasına şərait yaradır. Ətraf aləmin dərk olunmasında siqnallar mühüm rol oynayır. Pavlovun iki siqnal sistemi barəsində dedikləri əyan təlimin özəyini təşkil edir. O öyrədirdi ki, biz birinci siqnal sistemi sayəsində ətraf aləmi duyur və qavrayırıq. Birinci siqnal sisteminin qıcıqlandırıcıları cisim və hadisələrin özləridir. Bu xüsusiyyət bütün canlılara məxsusdur. İkinci siqnal sistemi isə bu cisim və hadisələri ifadə edən sözlər – işarələr sistemidir. Onların vasitəsi ilə biz haqqında danışılan obyektləri, mənzərəni görməsək də aydın təsəvvür edə bilir, göz önündə canlandırırıq. Ona görə də sözlərə "siqnallar siqnalı" da deyirlər. Məhz biz sözlərin sayəsində biz ətraf aləmlə tanışlığı

Ədəbiyyat dərslərində nitq inkişafı

Ədəbİyyat dərslərİndə nİtq   İnkİşafı Ərazimizin 20 faizə qədərinin erməni faşistləri tərəfindən işğal edildiyi, haqlı ikən haqsız hesab olunduğumuz indiki şəraitdə öz düşüncələrini həm yazılı, həm də şifahi formada ifadə edən gənclərə ehtiyacımız daha çoxdur.   Ötən əsrin əvvəllərindən üzləşdiyimiz, hələlik öhdəsindən gələ bilmədiyimiz bədnam ermənilər silahın deyil, məhz siyasətin hesabına irəli çıxdıqlarına görə doğma torpaqlarımızı müvəqqəti işğal edə bildi və əhalimizin 1 milyonunu qaçqın, köçkün və didərgin vəziyyətinə saldı. Məhz bu xəstə təfəkkürlü millətin məkrli niyyəti və təbliğatı hesabına dünyanın bir sıra ölkələrində yalançı soyqırımı qərarları qəbul edilmiş oldu. Həmin dövr rəhbərlərinin səriştəsizliyi, yerli məmurların bacarıqsızlığı, eləcə də məktəb işlərində yol verilən əyintilər və s. xalqımızın   düşmən qarşısında müəyyən qədər aciz qoymuş oldu və nəticədə belə bir işğal aktı baş tutdu. Deməli,   vaxtında sözümüzü yeridə və siyasətdə haqlı olduğumuzu sübuta y

Əsərin təhlilinə dair icmal nümunəsi

  Təhlil dərslərinin quruluşu (Əsərin təhlili üzrə iş) Mövzu : A. Səhhətin "Vətən" şeirinin təhlili Standartlar : 1.2.3, 1.2.4; 2.1.2, 2.2.1; 3.1.1. 3.1.3. Inteqrasiya : Tarix, 0.0.0.    Musiqi: 0.0.0 Texnikalar : Venn diaqramı, klaster, müzakirə, beyin həmləsi Iş forması : Böyük və kiçik qruplarda iş Resurslar (təchizat): "Qarabağ bülbülləri" televiziya   filmindən parça, markör, filipçart, dərslik, şairin portreti. Dərsin təlim nəticələri : (1.2.3, 1.2.4, 2.1.2., 2.2.1, 3.1.1 və 3.1.3 - alt-standartının tələbləri xüsusiləşdirilir. 6 alt-standart olduğundan, bir o qədər də təlim nəticəsi göstərilir. Məsələn, alt-standart 1.2.3. Şifahi və yazılı ədəbiyyat nümunələrində bədii təsvir vasitələrinin (epitet, təşbeh) rolunu aydınlaşdırır. Onu çevirək təlim nəticəsinə: 1. Şeirdə bədii təsvir vasitələrinin (epitet, təşbeh) rolunu aydınlaşdırır . Digər alt-standartlar da bu qayda ilə təlim nəticələrinə çevrilir).

Ədəbi əsərlərin təhlili(deduktiv dərslər))

2. M əktəbdə ədəbi   əsərlərin təhlili (deduktiv dərslər)   Ədəbi əsərlərin öyrənilməsində ən mühüm mərhələ onun təhlil olunmasıdır. Ədəbi təhsilin qarşısına qoyulan mühüm işlər məhz həmin mərhələdə reallaşır. Əsərin məzmununda əksini tapan məsələlər – əxlaqi-mənəvi dəyərlər, müsbət insani keyfiyyətlər,   çatışmazlıqların tənqidi və s.    bu əsərlərdə öz əksini tapır. Şagirdlərdə onları müşahidə etdirmək,   duydurmaq, qiymətləndirmək bacarığının formalaşdırılması bu gün vacib işlər sırasındadır. Bunsuz gənc nəslin yüksək mənəvi dəyərlər ruhunda böyüməsində heç bir irəliləyiş əldə etmək olmaz. Ədəbi əsərlər müəlliflərin fakt və hadisələrə həssas münasibəti nəticəsində ortaya çıxır..   Bu münasibəti bir anda olsa yaddan çıxarmaq olmaz. Ətraf mühit, mənəvi məsələlər, psixoloji məqamlar bütün keyfiyyətləri ilə sənətkarın duyğular aləmindən keçir. Ona görə də bədii irsin öyrənilməsində sənətkarın ətraf aləmə belə duyğulu   yanaşmasına lazımi diqqət yetirilməlidir. Bədii əsərlər –

Nəsr əsərlərin məzmununa həsr olunan dərslərin quruluşu

Nəsr əsərlərinin  məzmununa həsr olunan dərsin quruluşu Nəsr əsərlərinin tədrisində fasiləli oxu üsulundan istifadə edilməsi daha məqsədəuyğundur. Oxu bitən kimi qısa təəssürat alınmalı və qrup tapşırıqlarına keçilməlidir. Əsərin həcmi geniş olanda və məzmununun öyrədilməsinə 2 saat vaxt ayrılanda, hər bir dərsdə fasiləli oxu üsuluna müraciət olunmalıdır. Bəzən müəllimlər bu cür dərslərdə  birinci  saat məzmun üzərində iş aparanda, əsərin qalan hissəsini evdə oxumağı tapşırır. Bu düzgün yol deyildir. Fasiləli oxu ilə iş tamamlandıqdan sonra  tədqiqatın aparılması mərhələsinə keçilməli və qrup tapşırıqları verilməlidir. Sonra digər dərs mərhələlərində nəzərdə tutulan işlər yerinə yetirilməlidir.   Dərsin mərhələlərinə görə təxmini vaxt bölgüsü:

Fəal/interaktiv təlim əsaslı məzmun dərsi: icmal nümunəsi

 Fəal(interaktiv) təlim əsasında əsərin  məzmunu üzərində iş (nümunə) V sinif [1] Mövzu:   Cəlil Məmmədquluzadənin "Poçt qutusu" heka­yəsinin məzmunu üzərində iş(1-ci saat). Standartlar: 1.1.2; 1.1.3;   2.1.2;   2.2.1; 3.1.1; 3.1.2. İnteqrasiya : təsviri incəsənət, 0.0.0.   İş forması : böyük və kiçik qruplarda iş Texnikalar : klaster, beyin həmləsi, fasiləli oxu, müsahibə,   müzakirə Resurslar : poçt qutusu şəkli,   Mirzə Cəlilin şəkli, vikipediyadan   "Poçt qutusu"na aid 1967-ci ildə Mirzə Cəlilin eyni adlı əsərinə çəkilmiş kinofilmdən   bir epizodu əks etdirən şəkil.          Dərsin təlim nəticələri: 1. Hekayəni ideya-məzmununa uyğun ifadəli oxuyur. 2. Hekayəni hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir. 3. Bədii əsərlə bağlı fikirlərini aydın və ardıcıl şərh edir.   4. Müzakirələrdə ümumi rəyə gəlmək bacarığını nümayiş etdirir. 5. Mövzu ilə əlaqədar fikirlərini məntiqi ardıcıllıqla şərh edir.    

TTİMY texnologiyalı məzmun dərsi. icmal nümunəsi

            a) TTİMY texnologiyası əsasında əsərin məzmunu üzərində işin təşkili (nümunə) Bu cür dərslər üç mərhələdən ibarətdir və onların hər birinin öz vəzifəsi olur. Siz bunlar barəsində müəyyən məlumatlara maliksiniz. Belə dərslər 45 dəqiqəni əhatə etməlidir və burada müxtəlif iş formalarından(fərdi, kiçik, böyük) istifadə olunmalıdır   Dərsi planlaşdırarkən standartlara, texnikalar, iş formaları, resurslar, dərsin təlim nəticələri , dərsin təxmini vaxt bölgüsü qeyd olunmalıdır.   İş prosesini izləmək baxımından bu nümunəyə də nəzər salın. V sinifdə Ə. Cəmilin "Can nənə, bir nağıl de" şeirinin bu texnologiya ilə tədrisində dərsi aşağıdakı kimi planlaşdırmaq olar: Mövzu: Ə. Cəmilin "Can nənə, bir nağıl de" şeirinin məzmunu və təhlili Standart: 1.1.1., 1.1.2., 1.1.3., 1.1.5., 1.2.2., 1.2.3., 2.2.1., 3.1.1. İş forması:   fərdi, kiçik və ya böyük qruplarla iş. İş üsulu: müzakirə, müsahibə, açıq suallar. Resurslar:   şəkillər,   dərslik