Сообщения

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)

Təsdiq edirəm:              metodist, dos. F. Yusifov                     21 fevral 2020-ci il ADPU-nun filologiya fakültəsi əyani şöbəsinin IV kurs 402-ci  qrup tələbəsi Əliyeva Günayın Xətayi rayonu  A. Məhərrəmov adına  95 № li  tam orta məktəbin V a sinfində 21 fevral 2020- ci ildə ədəbiyyat fənnindən keçəcəyi sınaq dərsinin                              İCMALI növbəti səhifədən Mövzu : A. Səhhətin "Vətən" şeirinin məzmunu Standartlar : 1.1.1; 1.1.2; 1.1.3; 2.1.2; 3.1.2. Inteqrasiya : Tarix, 0.0.0.  Texnikalar : klaster, beyin həmləsi, müzakirə İ ş forması : böyük və kiçik qrupda iş Resurslar (təchizat): Yutubdan "Qarabağ bülbülləri" filmindən parça, musiqi...

Fəal təlimdə iş formaları

Fəal(interaktiv) təlimdə istifadə olunan  iş formaları   İş formaları dərsin əvvəlində də, tədqiqatın işlərinin   təşkilində də, digər dərs   mərhələsində istifadə oluna bilər. Dərsin mövzusu və məqsədindən asılı olaraq tədqiqat işləri aparılır. Bu tədqiqat işləri xarakterinə görə bir   nəfərlə, eləcə də bir neçə nəfərin birgə iştirakı ilə aparıla bilər. Ona görə də tədqiqat işlərinin müxtəlif formalarda təşkil edilməsi məsələsi ortaya çıxır. Fəal(interaktiv) dərslərdə   istifadə olunan iş formaları bunlardır: 1. Fərdi iş – tapşırığın icrası bir nəfər aid olur. Şagird qoyulmuş sualını cavabını bir dəftər vərəqinə qeyd edir. Tələb olunan anda yazdıqlarını oxuyur, onun məzmunu ilə sinif yoldaşlarını tanış edir. Dərsin motivasiya, yaradıcı tətbiqetmə mərhələsində geniş istifadə olunur. Deməli, bir nəfərə üçün nəzərdə tutulan iş formasıdır formadır                                                                     

ƏTM-dən Sərbəst işlər

№ ƏTM-dən  Sərbəst işin mövzuları Sərbəst işin təhvil verilməsinin son tarixi Qiymətləndirmə üsulu 1 Ədəbiyyat fənnin məzmunu və öyrədilməsi sistemi 10-cu həftənin sonu Referat, şifahi sorğu, təqdimat 2 Fəal(interaktiv)   dərsin mərhələləri (iş nümunəsi ilə) 10-cu həftənin sonu Referat, şifahi sorğu, təqdimat 3 Fəal dərsin mexanizmlərinin şərhi 10-cu həftənin sonu Referat, şifahi sorğu, təqdimat 4 Ədəbiyyat dərslərində cari planlaşdırma (iş nümunəsi) 10-cu həftənin sonu Referat, şifahi sorğu, təqdimat 5 Ədəbiyyat dərslərində motivasiyanın qurulması (iş nümunəsi) 10-cu həftənin sonu Referat, şifahi sorğu, təqdimat 6 İnduktiv dərslərin təşkili (iş nümunəsi) 11-ci   həftənin sonu Referat, şifahi sorğu, təqdimat 7 Deduktiv dərslərin təşkili(iş nümunəsi) 11-ci həftənin sonu Referat, ş

ƏTM-dən imtahan sualları

ƏTM-dən imtahan sualları(2019-20-ci tədris ili) ƏTM-in predmeti, şöbələri ƏTM-in əməkdaşlıq etdiyi elm   sahələri Ədəbiyyat tədrisinin prinsipləri ƏTM-in tədqiqat üsulları ƏTM-in tədrisi tarixi Təhsil sahəsində islahatların aparılmasını zəruri edən şərtlər "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları(kurikulumları) sənədi: dövlət standartı bölməsində əhatə olunan məsələlər "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları(kurikulumları) sənədi: təhsil proqramı(kurikulum) bölməsində əhatə olunan məsələlər "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları(kurikulumları) sənədi: ümumi təhsilin məzmunu başlığında əhatə olunan məsələlər "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları(kurikulumları) sənədi: təhsilverənlərin   keyfiyyət göstəriciləri və təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi barədə ümumi məlumat "Ümumi təhsil pilləsinin dövlət

Metodik düşüncələrimiz

Düşüncələrimiz Ədəbiyyatın tədrisi məsələləri son illərdə yenidən aktuallaşmağa başlamışdır. Bir sıra "mütəxəssislər" uydurma prob­lem yaradıb dərhal da onu həll etməklə özlərinin belə bir icadlarına həddən ziyada vurulurlar. Bu vurğunluq bəzən elə bir həddə çatır ki, az qala tərcümeyi-hal, icmal, iri həcmli əsərlərin öyrədilməsi və daha nələrin məktəbə gətirilməsinə etirazlar başlanır. Bir sözlə, ədəbiyyat məktəbdə olsun, olmasın?  Dəhşətlisi də burasındadır. Min illik ədəbiyyat, bağışla, biz səni müstəqil surətdə də öyrənə bilərik, məktəbdə sən olmasan da olar. Sənətkarların tərcümeyi-halı nəyə gərək? Nə olsun ki, onlar canlı tariximizlə yol yoldaşıdırlar? Ağırdırlar, şagirdləri "gərəksiz" illərlə yükləyir və o, çətinliklə mənimsənilir. C. Cabbarlı, M. Hüseyn, M. İbrahimov bizi bağışlayın, daha gərəkli deyilsiniz. Şagirdlərimizin "kövrək" təfəkkürü Sizləri qavramaq imkanında deyil və s. və i.a. Ədəbiyyat tədrisi metodikası fənni ədəbiyyatımızın və

Ədəbiyyat dərslərində əyanilik

Ədəbİyyat dərslərİndə   əyanİlİk Ədəbiyyat təliminin keyfiyyətini yüksəldən amillərdən biri də dərs prosesinin   əyaniləşdirilməsidir. Təlim materiallarının dərk olunmasında əyaniliyin mühüm əhəmiyyəti vardır. O, şagirdlərin fikri fəallığının təmin olunmasına, biliklərin asan qavranılmasına şərait yaradır. Ətraf aləmin dərk olunmasında siqnallar mühüm rol oynayır. Pavlovun iki siqnal sistemi barəsində dedikləri əyan təlimin özəyini təşkil edir. O öyrədirdi ki, biz birinci siqnal sistemi sayəsində ətraf aləmi duyur və qavrayırıq. Birinci siqnal sisteminin qıcıqlandırıcıları cisim və hadisələrin özləridir. Bu xüsusiyyət bütün canlılara məxsusdur. İkinci siqnal sistemi isə bu cisim və hadisələri ifadə edən sözlər – işarələr sistemidir. Onların vasitəsi ilə biz haqqında danışılan obyektləri, mənzərəni görməsək də aydın təsəvvür edə bilir, göz önündə canlandırırıq. Ona görə də sözlərə "siqnallar siqnalı" da deyirlər. Məhz biz sözlərin sayəsində biz ətraf aləmlə tanışlığı

Ədəbiyyat dərslərində nitq inkişafı

Ədəbİyyat dərslərİndə nİtq   İnkİşafı Ərazimizin 20 faizə qədərinin erməni faşistləri tərəfindən işğal edildiyi, haqlı ikən haqsız hesab olunduğumuz indiki şəraitdə öz düşüncələrini həm yazılı, həm də şifahi formada ifadə edən gənclərə ehtiyacımız daha çoxdur.   Ötən əsrin əvvəllərindən üzləşdiyimiz, hələlik öhdəsindən gələ bilmədiyimiz bədnam ermənilər silahın deyil, məhz siyasətin hesabına irəli çıxdıqlarına görə doğma torpaqlarımızı müvəqqəti işğal edə bildi və əhalimizin 1 milyonunu qaçqın, köçkün və didərgin vəziyyətinə saldı. Məhz bu xəstə təfəkkürlü millətin məkrli niyyəti və təbliğatı hesabına dünyanın bir sıra ölkələrində yalançı soyqırımı qərarları qəbul edilmiş oldu. Həmin dövr rəhbərlərinin səriştəsizliyi, yerli məmurların bacarıqsızlığı, eləcə də məktəb işlərində yol verilən əyintilər və s. xalqımızın   düşmən qarşısında müəyyən qədər aciz qoymuş oldu və nəticədə belə bir işğal aktı baş tutdu. Deməli,   vaxtında sözümüzü yeridə və siyasətdə haqlı olduğumuzu sübuta y